Polşa və Almaniya Ukraynaya dəstək məqsədi daşıyan “zirehli texnika koalisiyası” yaradırlar və əsas diqqəti döyüş tanklarına yönəldəcəklər. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosnyak-Kamiş almaniyalı həmkarı Boris Pistorius ilə danışıqlardan sonra bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Martın 26-da Polşa və Almaniya Ukraynaya dəstək üçün zirehli texnika koalisiyasını işə salacağıq. Bu, son zamanlar yaradılmış ən mühüm koalisiyalardan biridir. Böyük Britaniya, İsveç və İtaliya kimi tərəfdaşlar da onun yaradılmasına imza atıblar”, - Polşalı nazir mətbuat konfransında bildirib.
Almaniyanın müdafiə naziri Rusiyadan gələ biləcək təhlükələrdən danışıb və qeyd edib ki, Qərb istənilən ssenarinin inkişafına hazır olmalıdır.
“Rusiyanın Avropada kiməsə hücum edib-etməyəcəyini heç kim dəqiq bilmir, amma biz əmin ola bilərik ki, o, Ukraynaya hücum etməyə qadirdir, bunu istəyir və artıq iki ildən çoxdur ki, bunu edir. Beləliklə, biz, avropalı müttəfiqlər olaraq, hər hansı bir təhlükəyə, xüsusən də hər hansı bir ildə Putin Rusiyasından gələcək təhlükəyə hazır olmağın nə demək olduğunu birlikdə öyrənməliyik. Bu, bizim yerinə yetirməli olduğumuz vəzifədir və biz bunun üzərində işləyirik”, - deyə Boris Pristorius bildirib.
Almaniya və Polşanın müdafiə nazirləri həmçinin hər iki ölkənin Aİ ölkələrinə mümkün hücumu dəf etmək məqsədi daşıyan sürətli cavab hərbi qrupunun yaradılmasında iştirak edəcəklərini açıqlayıblar. İyul ayından etibarən 2500 Polşa və Alman əsgərindən ibarət bölmələr lazım gələrsə, dərhal cavab verməyə hazır olacaq.