Polşanın Bytom şəhərində, açıq üzgüçülük hovuzunda 18-55 yaş arası dörd gürcü kişi, azyaşlılara cinsi təcavüzdə ittiham olunduqdan sonra saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş verən hadisə ilə bağlı məlumatı şənbə günü, iyulun 15-də şəhər meriyası dərc edib. Orada deyilir ki, açıq üzgüçülük hovuzunun təhlükəsizlik xidmətinə iki xəbər daxil olub - iki oğlan və qızın anasından. Meriyadan verilən məlumata görə, qız anasına 50 yaşlı kişinin ona sataşdığını deyib. Oğlanlar da kişini suda oynayarkən eyni şeyi etməkdə ittiham ediblər.
“Təhlükəsizlik işçiləri dərhal işə müdaxilə edərək kişini və onun üç dostunu hovuzdan polis bölməsinə aparıblar. Saxlanılma prosesini müşahidə edənlərin bir hissəsinin aqressiv davranışı ucbatından polis qalxan və gözyaşardıcı qazdan istifadə etməli olub. Saxlanılan 18-55 yaş arası kişilər Gürcüstan vətəndaşlarıdır”, - Meriyadan bildiriblər.
Polis video çəkilişləri aşkar edib və araşdırma aparılır. Onlara bu gün, iyulun 17-də ittiham irəli sürüləcək.
“İrqçi və Ksenofobik Davranışların Monitorinqi Mərkəzi” saxlanılma anının videosunu dərc edir. Təşkilatın yazdığı kimi, polis rəsmiləri qeyri-rəsmi şəkildə bildirirlər ki, kameralardan götürülən nateriallarda pedofillik hərəkətləri qeydə alınmayıb.