Poniçalada 21 yaşlı gənc, azyaşlı əmisi qızı, 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. Polis 4 nəfəri saxalayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Azyaşlı bir neçə gün əvvəl toydan qaçırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi, yəni yetkinlik yaşına çatmamış şəxsin qabaqcadan razılaşdırılmış şəkildə, qrup halında azadlığının qanunsuz olaraq məhdudlaşdırılması ilə başlanılıb. Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Prokurorluq saxlanılanlara ittihamları rəsmi olaraq bu gün təqdim edəcək.
16 yaşlı qızın evlənmək məqsədilə qaçırılması faktı iyunun 7-də, Marneuli bələdiyyəsində də qeydə alınıb. Polis cinayətdə təqsirli bilinən 39 və 42 yaşlı yetişkin kişiləri həbs edib. Prokurorluq üçüncü şəxsi də eyni qrup cinayətdə ittiham edib. İstintaq orqanının məlumatına görə, təqsirləndirilən şəxslər gender dözümsüzlüyü əsasında hərəkət ediblər və qadının kiminlə evlənmək barədə öz qərarını vermək hüququna malik olmadığı qənaətində olublar.
İyunun 14-də Marneuli bələdiyyəsinin kəndlərindən birində azyaşlı uşağı evlənməyə məcbur etməkdə ittiham olunaraq iki nəfər saxlanılıb. Onlardan biri 15 yaşlı qız atası, digəri isə yeniyetmənin məcburi evləndirildiyi yetkin kişidir.
Gürcüstanın Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, erkən və uşaq yaşlarında nikahların zərərli təcrübəsi ölkədə mühüm problem olaraq qalır.
Xalq Müdafiəçisinin hesabatında oxuyuruq ki, 2022-ci ildə Daxili İşlər Nazirliyi 171 erkən nikah faktı barədə istintaqa başlayıb. Ötən il 815 yetkinlik yaşına çatmayan hamiləlik qeydə alınıb, yetkinlik yaşına çatmayanların doğum sayı isə 434-ə çatıb.
“İnsan Alveri Qurbanlarına Qayğı və Yardım üzrə Dövlət Agentliyi” tərəfindən öyrənilən erkən nikah hallarının sayı - 400 fakta çatıb ki, bu da əvvəlki illərdə araşdırılan halların sayından xeyli çoxdur.
Erkən nikahlar səbəbindən yetkinlik yaşına çatmayanlar təhsil almağı dayandırır. 2022-ci ildə 47 qız və bir oğlan evliliyə görə təhsilini dayandırıb.