2021-ci ilin aprelində Qumatidə Namaxvan SES-ə əleyhinə aksiyda davaya görə həbs edilən və 4 il müddətinə azadlıqdan məhrum edilən Tamaz və Tornike Çelidze qardaşları prezident Salome Zurabişvili tərəfindən əfv edilib. Onlar prezidentin bu gün əfv etdiyi 11 məhkum arasındadırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz haqsız, uydurma və əvvəlcədən yazılmış ittihamlarla həbs olunduq. Əsassız yerə dörd il cəza aldıq, bəs 2,5 ili nəyə görə çəkirdik?! Bizi danışdığımıza və fəal olduğumuza görə həbs etdilər”, - Tornike Çelidze bildirib.
Daxili İşlər Nazirliyinin əməkdaşları Tornike və Tamaz Çelidze qardaşlarını, onların əmisi oğlu Qela və İrakli Çelidzeləri, həmçinin Revaz və Firuz Tsulukidze qardaşlarını 2021-ci il, aprelin 14-də Batumidə həbs ediblər. Daxili İşlər Nazirliyi aprelin 12-də Qumathesi qəsəbəsində Namaxvan SES-in tikintisi ilə bağlı davam edən etiraz aksiyası zamanı aksiyada iştirak edən 3 nəfərə qrup halında zorakılıq tətbiq etdiklərini və fiziki xəsarət yetirdiklərini açıqlayıb. Onlar, həmçinin zərərçəkənlərdən birinə məxsus avtomobilə də ziyan vurublar. Çelidze və Tsulukidze qrup halında zorakılığı təşkil etməkdə və onda iştirakda təqsirli biliniblər. Daha sonra həmin işdə, qrup halında zorakılıqda iştirak ittihamı ilə Eldar Antadze də həbs edilib.
Həbs edilənlər cinayəti etiraf etməyiblər. Onlar “Gürcü Azusu”na və Acara hökumətinin sədri Tornike Rijvadzeyə qarşı olduqları üçün onlara qarşı siyasi zəmində edilən təqiblərə işarə ediblər. Onların dediyinə görə, münaqişə onları təhrik etmək üçün zərərçəkən olduğu deyilən şəxslərin özləri tərəfindən başladılıb, onlara fiziki və şifahi təzyiqlər edilib. İş materiallarına görə, zərər çəkənlərdən biri “Ən Güclü Kişilər Federasiyası”nın prezidenti səlahiyyətlərini icra edən Avtandil Axvlediani olub. Araşdırmalara, məhz onun şikayəti əsasında başlanılıb.
2021-ci ilin dekabrında Kutaisi Şəhər Məhkəməsinin hakimi Tatia Qoqolauri yeddi müttəhimin hamısına qarşı təqsirli hökm çıxarıb - Çelidze qardaşları 4 il, Antadze və Tsulukidze qardaşları isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
“Biz əsassız və haqsız yerə tutulduq. Mən heç orada (Qumathesi qəsəbəsində) yox idim, İrakli Çelidze də yox idi. Bizi fərziyyə səviyyəsində tutdular. Qardaşlarım, güclü olun. Bu ədalətsizliyə son qoymaq üçün hər şeyi edəcəyəm. Gəlin birlikdə mübarizə aparaq, bu ədalətsizliyə qalib gələk, bizim kimi ləyaqətli, mərd, vətənpərvər gürcüləri həbs edən bu ədalətsiz hakimiyyət getsin. Bu rejimə qarşı mübarizə aparılacaq. Nə 2 il 4 ayımı, nə də qardaşlarımın göz yaşlarını yerdə qoymayacağam”, – deyə Tamaz Çelidze azadlığa çıxdıqdan sonra bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün əfv etdiyi 11 məhkumdan 10-u cəza çəkməkdən tam azad edilib və onlar cəzaçəkmə müəssisəsini tərk ediblər, onlardan birinin cəzası isə yüngülləşdirilib.