“Mənim hökumətin bütün nazirləri ilə çox normal ünsiyyətim var, əsas biri– baş nazir istisna olmaqla”, - Gürcüstan prezidenti Salome Zurabişvili “Pirveli” televiziyasının efirində jurnalist ondan hökumətlə ünsiyyətinin keyfiyyəti barə soruşarkən verərkən deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Salome Zurabişvilinin sözlərinə görə, İrakli Ğaribaşvili tədbirlərdə nəzakətlə və yaxşı iştirak edir, lakin fərqli münasibətə ehtiyac var.
“Demokratiya, bir tərəfdən, xalqın, seçicilərin iradəsidir, digər tərəfdən, bütün bunların ölkənin xeyrinə işləməsi üçün institutlara hörmət və mümkün qədər institutlar arasında normal münasibətlərdir. Mən həmişə hazıram.
Məsələlər müzakirə edilməli, bəzi suallara cavab verilməlidir, arqument mübadiləsi imkanı olmalıdır ki, bu və ya digər qərar niyə verilib və məsələn, prezidentin arqumentləri nədir, kim bilir ki, beynəlxalq ictimaiyyət nə düşünür, necə düşünür? Prezidentin dərhal təsir rıçaqları olmasa belə, onun arqumentlərini dinləmək lazım ola bilər. Bizi bəzi bəndlərə salan da budur ki, demokratik ölkə kimi davranaq, birdən-birə başqa istiqamətə qaçmayaq. Qərarların qəbul edilməsi, kiminsə qərar verdiyi, heç kimin heç kimə izah etməməsi demokratik sistem deyil”, - deyə prezident bildirib.
Salome Zurabişvili qeyd edib ki, baş nazir onunla ünsiyyət qurmur və onun bunu istəyib-istəmədiyini bilmir.
Fevralın 28-də İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib və prezidentin nümayəndəsi dəvət olunmayıb. Salome Zurabişvilinin administrasiyasının bildirdiyinə görə, şuranın müzakirə etdiyi məsələlər bütün hallarda şurada prezidentin nümayəndəsinin olmasını tələb edirdi və onun müzakirələrdən kənarda qalması “anlamaq çətindir”.
Salome Zurabişvili tərəfindən bəzi səfirlərin təyin edilməsindən imtina edməsi ilə əlaqədar Gürcüstan hökuməti prezident Zurabişviliyi Konstitusiya Məhkəməsinə də şikayət etmişdi. 2023-cü ilin fevralında Hökümət konstitusiya şikayətini geri götürüb.