Gürcüstan prezidenti Salome Zurabişvili məhkum Lazare Qriqoriadisini əfv edib. Prezident əfv fərmanını dünən dərc edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Şaradze Lazare Qriqoriadisinin işi üzrə təqsirli bilinən hökmü aprelin 12-də bildirmişdi. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin gün prezident “Pirveli” televiziyasına müsahibəsində cəzanın qətnamə hissəsi verilən kimi Lazare Qriqoriadisini əfv edəcəyini bildirmişdi.
Bundan sonra hakim Zviad Şaradze bildirib ki, hökmün qətnamə hissəsini tərəflərə çatdırmaq üçün ona qanunla icazə verilən maksimum 14 iş günü lazımdır. Hakim gecikməyə səbəb kimi işin həcminin çox olmasını göstərib. Hakim Zviad Şaradze hökmü elan etməzdən əvvəl 2024-cü il yanvarın 15-dən aprelin 8-dək olan müddətdə yekun məhkəmə iclasını üç dəfə təxirə salmışdı.
21 yaşlı Lazare Qriqoriadisi 2023-cü il martın 29-da polis tərəfindən saxlanılmışdı. Prokurorluq Qriqoriadisi martın 7-də Rustaveli prospektində “xarici agentlər haqqında” rus qanununa qarşı keçirilən mitinqdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına “Molotov kokteyli” atmaqda və Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırmaqda ittiham edib.
İrakli Ğaribaşvili baş nazir olarkən dəfələrlə Lazare Qriqoriadisinin təqsirsizlik prezumpsiyasını pozub. Baş nazir deyirdi ki, “o [Lazare] polisi diri-diri yandırmaq niyyətində idi”. İyunun 30-da Ğaribaşvili parlamentdə çıxışı zamanı bir daha Lazare Qriqoriadisi təqsirkar elan etdi: "Hansısa murdar şəxs çıxıb, birbaşa polisə molotof kokteyli atdı və onu diri-diri yandırmaq qərarına gəldi. Heç maraqlı da deyil kimdir o. Bunu sizə hiddətlə deyirəm. Mən burada olacağam, tamamilə barışmaz olaraq. Belə bir şeyə görə heç kəsi bağışlamayacağıq. Bu dövlətə əl qaldırmaqdır. Qoy bunu hamı yaxşı yadda saxlasın. İndi çıxıb müdafiə etsinlər. Niyə qorumurlar?! Niyə həbsdən çıxmırlar?! Bu ağır cinayətə, polisə əl qaldıranlara heç kim bəraət qazandıra bilməz, heç kim bağışlaya bilməz".
Məhkəmə üç dəfə Lazare Qriqoriadisə İrakli Ğaribaşvili və İrakli Kobaxidzeyə qarşı iddianı qəbul etməyib. Lazare Qriqoriadis böhtan faktının müəyyən edilməsini, şərəf və ləyaqətə xələl gətirən ifadələrin rədd edilməsini, mənəvi zərərin ödənilməsini tələb edib.
2023-cü il sentyabrın 25-də Lazare Qriqoriadis iki il əvvəl törətdiyi cinayətə görə 18 ay həbs cəzasına məhkum edilmişdi. Qriqoriadis atasını bıçaqlamaqda ittiham olunurdu. Vəkili bildirmişdi ki, bu hökm həm də Qriqoriadisin “rus qanunu”na qarşı iş üzrə ittiham aktı ilə bağlı idi.
Vəkilin sözlərinə görə, “Molotov kokteyli” atmaq və DİN-in avtomobilini yandırmaq ittihamı ilə məhkəmə prosesi ittiham aktından sonra 9 ay ərzində yekunlaşmasaydı, Lazare Qriqoriadisin həbs müddəti başa çatacaq və o, azadlığa buraxılmalı idi. "Atanın xəsarət alması ittihamı ilə bağlı məhkəmə 3 ildir ki, təyin olunmur və indi yalnız təqsirli hökmün gözləndiyi üçün təyin edilmişdi", - vəkil bildirib.
2023-cü il noyabrın 22-də “rus qanunu”na qarşı 7-8 mart aksiyalarının qurbanı olduqları bilinən polis əməkdaşları Lazare Qriqoriadisi əfv etməməsi üçün Gürcüstan prezidentinə müraciət etmişdilər.