Prezident maliyyə naziri Laşa Xuçişvilinin Milli Bankın İdarə Heyyətinə namizədliyinin irəli sürülməsindən imtina edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Laşa Xuçişvili

Prezident Salome Zurabişvili Gürcüstan Milli Bankının İdarə Heyyətinə üzvlərindən biri kimi maliyyə naziri Laşa Xuçişvilinin namizədliyinin irəli sürülməsindən imtina edir. Bu barədə “Gürcü Arzusu” məlumat yayıb. Hakim partiyanın bildirdiyinə görə, Zurabişvili ilə onun Xuçişvilinin namizədliyini təqdim edəcəyi barədə razılıq olub və bundan sonra Milli Bankın prezidentinin təyinatı mümkün olacaqdı.

“Gürcü Arzusu” siyasi şurasının bəyanatına əsasən, Salome Zurabişvilinin hərəkətləri “daha ​​bir mühüm konstitusiya institutunun düzgün işləməsi üçün problemlər yaradır”.

“Bu günə kimi Gürcüstan Milli Bankında idarə heyətinin iki üzvü vəzifəsi vakantdır və martın 2-dən Milli Bankın prezidenti vəzifəsi də vakantdır. Gürcüstan Konstitusiyasına görə, Milli Bankın İdarə Heyətinin üzvləri prezidentin təqdimatı ilə parlament tərəfindən seçilir. Müvafiq olaraq, sözügedən qərar hakim heyət ilə prezident arasında məsləhətləşmələr əsasında verilməlidir. Hakim heyyət ilə prezident arasında belə məsləhətləşmələr artıq baş tutub, bundan sonra Gürcüstan prezidenti Laşa Xuçişvilinin Milli Bankın idarə heyətinin üzvlərindən biri kimi namizədliyini irəli sürülməsinə hazır olduğunu təsdiqləyib.

İdarə heyəti ən azı bir üzvlə doldurulduqdan sonra Milli Bankın prezidentini təyin etmək mümkün olacaqdı. Məsləhətləşmələr zamanı konkret tarixlər də açıqlanıb - fevral, 8 mart və s. Lakin prezident razılaşdırılmış bütün müddətləri pozub və Milli Bankın İdarə Heyətinin üzvlüyünə namizədi parlamentə təqdim etməyib.

Razılaşmalardan birinə əsasən, xanım Salome Zurabişvili Laşa Xuçişvilinin namizədliyini Gürcüstan parlamentinin prezidentin “Gürcüstanın Milli Bankı haqqında” üzvi qanuna qoyduğu vetonu aşmayacağı təqdirdə parlamentə təqdim edəcəkdi. Parlament razılaşmanı yerinə yetirdi və vetonu aşmadı, lakin təəssüf ki, Salome Zurabişvili bu işdə də vədini pozdu. İdarə Heyyəti üzvlərinin seçilməsi məsələsi ilə bağlı prezidentlə sonuncu ünsiyyət dünən hakim heyyətin təşəbbüsü ilə baş tutub, lakin Salome Zurabişvili ilin sonuna kimi parlamentə heç bir namizəd təqdim etməyəcəyini bildirib.

Prezidentin ən mühüm konstitusiya institutlarından birinə qarşı belə sərt münasibəti onun konstitusiya məsuliyyəti ilə birbaşa ziddiyyət təşkil edir. Gürcüstan prezidentinin öz hərəkətləri ilə məqsədyönlü şəkildə Gürcüstan Milli Bankının rəvan fəaliyyətinə əngəl yaratdığının aşkar əlamətləri var”, - hakim partiya bildirir.

“Gürcü Arzusu” prezidentin vetosunu aşmaq və “Gürcüstan Milli Bankı haqqında” üzvi qanuna dəyişiklikləri qəbul etmək niyyətindədir. Parlament vetonu aşmaq prosedurunu növbəti sessiya həftəsində başa çatdıracaq.

“Gürcü Arzusu” “Gürcüstanın Milli Bankı haqqında” üzvi qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada fevralın 9-da qəbul edib, fevralın 23-də isə prezident Zurabişvili qanuna veto qoyub. Onun izahatına görə, qanuna dəyişikliklər “nə zəruri, nə təcili, nə də arqument xarakteri daşıyır”.

“Gürcü Arzusu”nun təşəbbüsü ilə həyata keçirilən qanunvericilik dəyişikliyinə əsasən, Milli Bankın hazırda 9 nəfərdən ibarət idarə heyətinin tərkibinə birinci vitse-prezident vəzifəsi əlavə edilir. Milli Bankın prezidenti olmadıqda onun səlahiyyətlərini vitse-prezident icra edəcək.

“Hökumət vitse-prezidentliyə namizədlərin heç birini qane etmir və ona əlavə mandat yaratmağa ehtiyac var? Həmçinin, şübhə var ki, Gürcüstan prezidentinin təqdim etdiyi namizədlər parlamentin dəstəyini qazanmasa, qanun birinci vitse-prezidentə qeyri-müəyyən müddətə Milli Bankın prezidenti vəzifəsini icra etməyə icazə verir”, Zurabişvili vetonu izah edərkən deyib.

Koba Qvenetadzenin Milli Bankın prezidenti kimi səlahiyyət müddəti martda başa çatıb. Hazırda prezidentin səlahiyyətlərini vitse-prezidentlərdən biri olan Arçil Mestvirişvili yerinə yetirir.

Mövcud qanuna əsasən, Milli Bankın prezidentini Milli Bankın İdarə Heyyətinin üzvləri sırasından, Milli Bankın İdarə Heyyətinin təqdimatı əsasında vəzifəyə Gürcüstan Prezidenti təyin edir və ya vəzifədən azad edilir. Milli Bankın vitse-prezidentləri Milli Bankın prezidentinin təqdimatı ilə Milli Bankın Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İdarə Heyyətinin 9 üzvündən 4-ü icraçı üzvdür - prezident və 3-ü vitse-prezident, 5-i isə qeyri-icraçıdır. Milli Bankın prezidenti olmadıqda onun vəzifələrini vitse-prezidentlərdən biri yerinə yetirir.

Milli Bankın özü də “Gürcü Arzusu”nun deputatlarının təşəbbüsü ilə edilən dəyişikliklərlə razılaşmayıb. Arçil Mestvirişvilinin sözlərinə görə, yeni qanuna əsasən, İdarə Heyyətinin 5 üzvü icraedici, 4-ü isə qeyri-icraçı olacaq, beləliklə, Milli Bankın İdarə Heyyətinin müstəqil nəzarət orqanı kimi rolu ləğv ediləcək. Bundan başqa, Mestvirişvili bildirib ki, Milli Bankın prezidenti olmadığı müddətdə onun səlahiyyətlərinin konkret vitse-prezidentə həvalə edilməsi heç vaxt Bankın fəaliyyətinə mane olmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur