Prezident Salome Zurabişvili ABŞ-ın Gürcüstanla birgə hərbi təlimi – “Layiqli Tərəfdaş 2024”ü təxirə salmasına münasibət bildirib və qeyd edib ki, “Gürcü Arzusu” müdafiə qüvvələrinin gücləndirilməsinə əsaslanan strateji tərəfdaşlığa təhlükə yaradır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rus qanununun qəbulu, amerikalı tərəfdaşların təhqir edilməsi və onlara qarşı irəli sürülən ittihamlar (ikinci cəbhə və ya çevriliş) nəticəsində Avropa yolu təhlükə altında qaldı. İndi onlar bizim müdafiə qüvvələrimizi gücləndirməyə və onları “NATO” standartlarına uyğunlaşdırmağa əsaslanan strateji tərəfdaşlığımızı təhlükə yaradırlar.
Buna Gürcüstanın maraqları deyirlər. Bu zaman onlar zəifləmiş və təcrid olunmuş Gürcüstan üçün daha böyük təhlükə yaradırlar”, - Zurabişvili şəxsi “Facebook” səhifəsində yazıb.
Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti Gürcüstanla planlaşdırılan “Layiqli Tərəfdaş” hərbi təlimini qeyri-müəyyən müddətə təxirə salıb. Bu qərar mayın 30-da Dövlət Departamentinin təşəbbüsü ilə ABŞ-Gürcüstan ikitərəfli münasibətlərinə hərtərəfli nəzərdən keçirilməsi çərçivəsində qəbul edilib.
“Qərar Gürcüstan hökumətinin ABŞ və digər Qərb subyektlərinin Ukraynaya təzyiqləri azaltmaq üçün Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək, habelə hakim partiyaya qarşı iki dövlət çevrilişi cəhdində iştirak etmək barədə yalan ittihamları ilə bağlıdır. Buna görə də ABŞ hökuməti qərara gəlib ki, indi Gürcüstanda genişmiqyaslı hərbi təlim keçirmək üçün münasib vaxt deyil”, - Pentaqonun iyulun 5-də yaydığı bəyanatda deyilir.
Gürcüstan Müdafiə Nazirliyi ABŞ-ın bu qərarını təəssüfləndirici adlandırıb. Bundan başqa, Nazirlik müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formatlarının olduğunu və bu əməkdaşlığın davam etdiriləcəyini açıqlayıb: “Təlimlərin təxirə salınmasına baxmayaraq, “Güclü Ruh 2025” çoxmillətli təliminə hazırlıq gedir”, - Müdafiə Nazirliyi qeyd edib.
“Layiqli Tərəfdaş” Gürcüstan Müdafiə Qüvvələri və ABŞ Ordusunun Avropa Komandanlığı tərəfindən birgə idarə edilən və Gürcüstandakı Vaziani və Norio təlim bazalarının ev sahibliyi etdiyi hərbi təlimdir.