Prezident “ofşor qanunu”na veto qoyub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili “ofşor qanunu”na veto qoyub və “Vergi Məcəlləsi”nə edilən dəyişiklikləri əsaslı iradlarla parlamentə qaytarıb.

Aprelin 19-da parlament, üçüncü oxunuşda 9 əleyhinə 73 lehinə səslə, sürətləndirilmiş qaydada “ofşor qanunu”nu qəbul edib ki, bunun nəticəsində vergi ödəmədən ofşor zonalardan əmlak və qazancı Gürcüstana gətirmək mümkün olacaq.

Müxalifətin fikrincə, “ofşor qanunu” hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin maraqlarına uyğunlaşdırılıb və onun sansiya olunma ehtimalıının artması ilə bağlıdır.

  • Yeni qanuna əsasən, 2028-ci il yanvarın 1-dək aktivlərini Gürcüstana köçürən ofşor ölkədə qeydiyyatdan keçmiş bütün şirkətlərə vergi güzəştləri veriləcək. Şirkət mənfəət/gəlir vergisindən azad olunacaq.
  • Həmçinin, Gürcüstana istənilən aktivin gətirilməsi idxal vergisindən, Gürcüstan müəssisəsi isə bu əməliyyat çərçivəsində əldə etdiyi aktivlə bağlı 2030-cu il yanvarın 1-dək əmlak vergisindən azad ediləcək.

Vergi güzəştlərindən istifadənin zəruri şərti odur ki, eyni fiziki şəxs (şəxslər qrupuna) ofşorda qeydiyyatdan keçmiş xarici müəssisədə və Gürcüstan müəssisəsində 100% pay/səhm sahibi olsun.

“Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatının 2021-ci il araşdırmasına görə, Bidzina İvanişvilinin 20 ofşor şirkəti var. Araşdırmanın dərc edildiyi vaxt bu 20 ofşor şirkətdən 12-si sadəcə Gürcüstanda 26 şirkətə sahib idi ki, o da öz növbəsində başqa şirkətlərə sahib idi. Nəticədə, 

Bidzina İvanişvilinin 12 ofşor şirkəti Gürcüstanda birbaşa və ya dolayı yolla 70 şirkətə sahib idi.

Çox vaxt offşor şirkətlər şübhəli mənşəli aktivləri olan şəxslər üçün cəlbedici olurlar. “Beynəlxalq Şəffaflıq - Gürcüstan”nın məlumatına görə, rusiyalı biznesmenlər və oliqarxlar tez-tez ofşor şirkətlərin təcrübəsindən istifadə edirlər və mövcud qanunvericilik dəyişikliyi ilə onlara vergi güzəştləri ilə öz aktivlərini Gürcüstana köçürməyə icazə veriləcək.

Parlamentin tam tərkibinin əksəriyyəti, ən azı 76 deputat prezidentin vetosunu aşa bilər ki, bu da “Gürcü Arzusu” üçün problem təşkil etmir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur