Gürcüstan prezidenti Seçki Məcəlləsinə edilən dəyişikliklərə veto qoyub. Bu dəyişikliklərə əsasən, MSK-nın qərarlarının qəbulu üçün tələb olunan 2/3 kvorum tam tərkibin əksəriyyətinə endirilib. Salome Zurabişvilinin sözlərinə görə, dəyişikliklə MSK-da qərar qəbul etmək üçün partiyalar arasında konsensusun olması zərurəti aradan qaldırılır və hakim partiya praktiki olaraq tək partiya kimi qərar qəbul etmək imkanı əldə edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu”nun üzvləri mayın 2-də Gürcüstanın Seçki Məcəlləsinə dəyişiklik təşəbbüsü ilə çıxış edib və mayın 30-da onları sürətləndirilmiş şəkildə qəbul ediblər. Üçüncü və yekun oxunuşda 80 deputat qanun layihəsini dəstəkləyib.
Qanun layihəsinə görə, Seçki Məcəlləsinə belə bir norma əlavə edilir ki, MSK-da səsvermə nəticəsində MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyini tələb edən qərar qəbul edilə bilməzsə, MSK-nın bu qərarı eyni iclasda yenidən səsə qoyulacaq. Bu halda sözügedən qərar MSK-nın tam tərkibinin çoxluğu tərəfindən dəstəkləndiyi təqdirdə qəbul edilmiş hesab ediləcək.
Dəyişiklik həmçinin müəyyən edir ki, Dairə Seçki Komissiyasının müvəqqəti üzvünün, Dairə Seçki Komissiyasının köməkçi və ya texniki işçisinin, məntəqə seçki komissiyası üzvünün fəaliyyəti və/və ya əməyinin ödənilməsi onun sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyata alınmasına, sosial yardım və/və ya dövlət kredit kartının verilməsi, ona sosial müavinətin paylanması və/və ya məşğulluğun təşviqi dövlət proqramında və/və ya alt proqramında iştirak etməsinə zərərli təsir göstərə bilməz.
“Gürcü Arzusu”nun parlament çoxluğu prezidentin bu vetosunu aşacağı gözlənilir.