Gürcüstanın baş prokuroru İrakli Şotadzenin bəyanatına görə, 2019-cu ildə prezident tərəfindən edilən əfv işi ilə bağlı başlanmış istintaq bu günədək davam edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalistin, Zurabişvilinin əfv işi ilə bağlı mümkün cinayət məsuliyyətinə cəlb olunacağı sualı barədə Şotadze qeyd edir ki, qanunvericiliyə əsasən prezidentə toxunulmazlıq şamil edilir.
“Bu faktla bağlı araşdırmalar davam edir, mən təsdiq edə bilərəm. Ümumiyyətlə, sizə deyə bilərəm ki, indiki prezidentin cinayət təqibi qanunvericiliklə məhdudlaşdırılıb. Prezidentə toxunulmazlıq şamil edilir və ona qarşı cinayət təqibi yalnız o, impiçment yolu ilə vəzifəsindən kənarlaşdırıldıqda, Konstitusiya Məhkəməsi Konstitusiyanın pozulması və ya cinayət törədilməsi faktını təsdiq etdikdə həyata keçirilə bilər”, - deyə Şotadze bildirib.
Salome Zurabişvilinin prezidentlik müddəti başa çatdıqdan sonra istintaqın məsələ ilə maraqlanmasının mümkün olub-olmaması barədə suala Şotadze belə cavab verib: “Bu fakt barədə gələcəkdə danışırıq?. Sizə izah edirəm ki, istintaq davam edir və bu istintaq bir neçə il əvvəl başlanıb”.
2019-cu il sentyabrın 20-də Gürcüstanın Baş Prokurorluğu məhkum Ramaz Devadze, Aslan Bejanidze, Zurab Nadiradze və digərlərinin əfv olunması prosesi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı Mülki Məcəllənin 332-ci maddəsinin 1-ci hissəsi ilə istintaqa başladığı barədə məlumat yayıb.
Prokurorluq eyni bəyanatla ictimaiyyətə istintaqın gedişatı və nəticələri barədə vaxtaşırı məlumat verəcəyini vəd etsə də, 4 ildir ki, məlumat yaymayıb.
2019-cu il avqustun 28-də Gürcüstan prezidenti Mariamoba bayramı ilə əlaqədar 34 məhkumu əfv edib, onların arasında qətldə təqsirli bilinən 3 nəfər və axtarışda olan 1 nəfər olub.
Bu il oktyabrın 18-də parlamentdə prezident Salome Zurabişvilinin impiçmenti baş tutmayıb. Cəmi 86 deputat impiçmenti dəstəkləyib, prezidentin vəzifədən kənarlaşdırılması üçün isə 100 səs lazım idi. “Gürcü Arzusu” Salome Zurabişvilini konstitusiyanı pozmaqda ittiham edir və bunu Konstitusiya Məhkəməsinin 6 üzvü öz qərarı ilə təsdiqləyib.