Rusiyanın Ukraynaya qarşı müharibəsində muzdlularla iştirak edən Rusiyanın qeyri-rəsmi “Vaqner” hərbi birliyi mayın 9-dan sonra cəbhənin ən çətin yeri olan Baxmutu tərk edəcək. “Vaqner”in təsisçisi Yevgeni Priqojinin dediyi kimi, döyüş sursatı olmaması şəraitində “Vaqnerlər” mənasız ölümə məhkum olururlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün, mayın 5-də Priqojinin mətbuat xidməti onun iki videomüraciətini yayıb. İlk video yerdə yatan, böyük ehtimal, muzdluların cəsədləri fonunda çəkilib. Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu danlayır:
“Bunlar bu gün həlak olan “Vaqner” özəl hərbi şirkətinin oğlanlarıdır, qanları hələ də təzədir. İndi mənə qulaq asın, qəh*lər. Bunlar kimlərinsə ataları, kimlərinsə övladlarıdır. Bizə döyüş sursatı verməyən əclaflar cəhənnəmdə onların nəcislərin yeyəcəklər. Bizdə 70% döyüş sursatı çatışmazlığı var. Şoyqu, Gerasimov, döyüş sursatı haradadır? Bunlara baxın, ay qəh*ələr!
Qəh*lər, siz dəbdəbəli klublarda oturursunuz, uşaqlarınız həyatdan həzz alır, YouTube üçün videolar hazırlayır. Siz bu həyatın ağaları olduğunuzu düşünürsünüz, bunların [Vaqner döyüşçüləri] həyatına sərəncam vermək hüququnuzun olduğunu düşünürsünüz. Nəzərə alın ki, mərmi anbarlarınız varsa, bunu etmək hüququnuz var. Bu elementar bir şeydir - əgər döyüş sursat normasını versəniz, ölənlərin sayı beş dəfə az olar. Onlar bura könüllü kimi gəliblər və sizin kabinələrinizdə çəki alasınız deyə həlak olurlar. Bunu nəzərə alın”.
İkinci videoda Priqojin deyir ki, kifayət qədər silahlanmadığına görə mayın 10-da onun dəstəsi Baxmutu tərk edərək mövqelərini Rusiya Müdafiə Nazirliyinin bölmələrinə təhvil verəcək.
“Bir ay əvvəl onlar bizə döyüş sursatı verməni dayandırdılar. Mayın 9-da biz qəsəbəni - Baxmutu alacaqdıq, amma hərbi bürokratlar faktiki olaraq bizə bütün tədarükləri dayandırdıqdan sonra bunu etməmələri üçün müdafiə nazirinə, Ali Baş Komandana rəsmi məlumat verdim, mənim oğlanlarım döyüş sursatı olmadan Baxmutda özlərini faydasız və əsassız şəkildə qurban vermək istəmirlər. Ona görə də mayın 10-da Baxmutdan çıxırıq. Tutmağa 45 kilometrdən 2-si qalıb, amma paxıllığınızdan Rusiyaya qələbə hədiyyə etmək, Baxmutu almaq istəmirsinizsə, bu sizin probleminizdir. Döyüş sursatımızın praktiki olaraq tükənməsinə baxmayaraq, mayın 9-dək Baxmutda qalacağıq”, - deyə Priqojin bildirib.
“Vaqner”in komandirinin sözlərinə görə, Baxmutdan ayrıldıqdan sonra Rusiyanın təkrardam onların köməyinə nə vaxt ehtiyac duyacağını gözləyəcəklər.
Yevgeni Priqojin, artıq apreldən Rusiyanı Baxmutu tərk etməklə hədələyirdi. Amerikanın “Müharibə Tədqiqatı İnstitutu”nun fikrincə, bu, Priqojinin Ukrayna tərəfindən planlaşdırılan əks-hücumdan qorxduğuna işarə edir ola bilər.