Qori bələdiyyəsinin Aten kəndində həmkəndlisini döydüyünə görə saxlanılan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin əməkdaşı, 31 yaşlı Demetri Revazaşviliyə prokurorluq tərəfindən ittiham irəli sürülüb. Yaralı Revaz Mixanaşvili reanimasiyaya yerləşdirilib vəziyyəti ağırdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Demetri Revazaşviliyə qarşı Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi, yəni qəsdən sağlamlığa ağır xəsarət yetirmə, həyat üçün təhlükə törətmə maddəsi ilə ittiham irəli sürülüb. Cinayət silahla bağlı hüquqları məhdudlaşdırılmaqla və ya məhdudlaşdırılmamaqla 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prokurorluqdan verilən məlumata görə, Xüsusi İstintaq Xidməti tərəfindən aparılan istintaqla müəyyən edilib ki, iyulun 29-da Xüsusi Təyinatlı Departamentin müfəttişi zərərçəkmişin sağlamlığına ağır xəsarət yetirib.
Demetri Revazaşvili iyulun 31-də saxlanılıb. İttiham tərəfi onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.
Təqsirləndirilən şəxsin vəkili Revaz Revazişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs susmaq hüququndan istifadə edir, lakin o, istintaqla əməkdaşlığa hazırdır.
“Təqdim olunan ittihamın hansı faktiki hallara əsaslandığını bilmirik. O, ifadə verib, lakin konkret olaraq istintaqa məlumat verdiyi faktiki hallarda heç bir cinayət əlamətləri yoxdur. Onun izahatına görə, o, sadəcə, bu gün belə çətin vəziyyətdə olan şəxsə kömək etməyə çalışırdı, hər şeyi etdi, o cümlədən ilkin tibbi yardım göstərdi”, – vəkil jurnalistlərə bildirib.
51 yaşlı Revaz Mixanaşvili Qori hərbi hospitalına yerləşdirilib. Tibb müəssisəsinin nümayəndəsinin sözlərinə görə, o, kəllə-beyin travması alıb. “Xəstənin səhhəti kritikdir. Ona görə də hər hansı proqnoz vermək çətindir. Bizə deyilənə görə, onun həyətdə yıxılı vəziyyətdə görüblər. Xəstəxanaya gətirilən zaman huşsuz vəziyyətdə olub”, - deyə həkim bildirib.
Prokurorluq bildirir ki, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində işin istintaqı davam etdirilir.