Psouda Gürcüstan-Ukrayna sərhədini təşkil etməyə hazırlaşaq - Saakaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Biz hamımız Ukraynanın qaçılmaz qələbəsinə hazırlaşmalıyıq. Ukrayna və Qara dəniz regionunda işğal olunmuş zonalar Qərb koalisiyası üçün tamamilə qəbuledilməz olacaq”, - Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili deyir.

Bu gün eks-prezidentin rəsmi “Facebook” səhifəsində dərc olunan bəyanatda Saakaşvili qeyd edir ki, “Putinin çılğınlığı nəticəsində” bu gün Zelenski bütün azad dünyanın lideridir.

“Biz Abxaziyanın və Şida Kartlinin azad edilməsinə hazırlaşmalıyıq. Bu pəncərə çox yaxında açılacaq və biz hamımız rus ordusunun tamamilə darmadağın ediləcəyi və Moskvanın xaos içində olacağı anı dəyərləndirməliyik”, - yazır Saakaşvili.

Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, Zelenskinin müharibədən sonra Avropanın ən güclü silahlı qüvvələrinə əsaslanacağı və Ukrayna sözünün dünyada böyük çəkisi olacaq geniş strateji baxışı var.

Gürcüstan, o cümlədən Abxaziya da bütün dünya üçün cəlbedici və çox zəngin ölkəyə çevrilir. Mən istisna etmirəm ki, bizim Ukrayna ilə Qara dəniz sahilində ümumi sərhədimiz olsun. Bu gün ölkəmizin varlığı və ya yoxluğu və qələbəsi prezident Zelenskidən və Ukrayna ordusundan asılıdır.

Zelenskinin, Qərbin, Ukraynanın, yəni gürcü xalqının sürətli qələbəsinə tam əminəm. Gəlin Psouda Gürcüstan-Ukrayna sərhədini təşkil etməyə hazırlaşaq!”,- qeyd edir Mixeil Saakaşvili.

Saakaşvilinin bu bəyanatından əvvəl Ukrayna prezidentinin dünən Avropa siyasi birliyinin sammitində çıxışı olmuşdu. Zelenski deyib ki, Rusiya ilə həmsərhəd olan və Rusiya tərəfindən parçalanmaq istəməyən bütün Avropa ölkələri Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü olmalıdır. Onun qeyd edib ki, əks halda yalnız iki alternativ var - ya açıq müharibə, ya da rus işğalı.

“Biz Belarusda baş verənləri görürük. Biz Gürcüstanda baş verənləri görürük. Biz, bu xalqların müxtəlif yollarla da olsa, eyni nizamsız vəziyyətə necə sürükləndiklərini görürük. Bəs onlar nə görürlər? Azadlığa və ümumi Avropa dəyərlərinə sadiqliklərini qanla sübut edən ukraynalılar belə, Avropa İttifaqı və NATO-ya üzvlük barədə hələ də dəqiq müsbət cavab eşitməyiblərsə, başqalarının ümidləri tamamilə illüziyaya çevrilir”, - Zelenski bildirib.

Gürcüstanın hazırda Ukrayna vətəndaşlığını daşıyan üçüncü prezidenti 2021-ci il oktyabrın 1-də yerli özünüidarə seçkilərindən bir gün əvvəl Tbilisidə həbs edilmişdi. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bir ildən artıqdır ki, Mixeil Saakaşvili səhhətinə görə Xüsusi Penitensiar Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Avropa İnsan Haqları Məhkəməsi onun müalicə üçün Gürcüstandan Polşaya köçürülməsi tələbini təmin etməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur