Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə çıxışı zamanı bildirib ki, müxalif deputat Kaxa Okriaşvilinin şirkəti olan PSP onkoloji dərmanlara 200-300% qiymət artımı edib və buna tez bir zamanda reaksiya bildiriləcək və çox sərt nəticələri olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əhalimiz üçün problem olan dərman qiymətləri Türkiyə bazarını açdığımızdan bu yana 60%-dən 80%-ə qədər ucuzlaşıb. Bununla da insanlarımız 200 milyon lariyə qənaət etmişlər. Biz istinadi qiymətlər təyin etmişik.
Burada mən bu destruktiv qüvvənin nümayəndələrindən birinə - gördünüz, Kaxa Okriaşvilinin şirkəti PSP-nin iki gün əvvəl onkoloji dərmanlara 200-300% qiymət artımı etməsinə fikir bildirmək istərdim ki, bu da təbii ki, cavabsız qalmayacaq. Buna dərhal reaksiya veriləcək və çox sərt nəticələri olacaq, - baş nazir bildirib.
Səhiyyə Nazirliyi dünən, martın 23-də apteklərdə - “Aversi Pharma”, “Pharmadepo”, “Gipisi”, “Mermisi” MMC və “PSP Pharma”da süni şəkildə proqram üzrə qiymətləri əhəmiyyətli dərəcədə artıraraq, eyni qiymətlər müəyyən etdiyini açıqlayıb.
Nazirlik onkoloji dərmanların adlarını və fevral-mart aylarındaki qiymət fərqini açıqlayıb:
- Afinitor (PSP Pharma) - fevralda qiymət 753 lari, martda - 2970 lari (qiymət fərqi 294%);
- Casodex (PSP Pharma) - fevralda qiymət 35 lari, martda - 94lari. Fərq 167%;
- Votrient (PSP Pharma) - fevralda qiymət 585 lari, martda - 1530 lari (fərq 162%);
- Xgeva (Mermis MMC) - fevralda qiymət 400 lari, martda - 840 lari (fərq - 110%);
- Tafinlar (PSP Pharma) - fevralda qiymət 2142 lari, martda - 3960 lari (fərq 85%);
- Temozolomide Accord (Gefa - “Pharmadepo”, “Gipsi”) - fevralda qiymət 109 lari, martda - 201 lari (fərq 85%);
- Jakavi (“Aversi Pharma”) - fevralda qiymət 2464 lari, martda - 3920 lari (fərq 59%).
Nazirlik hesab edir ki, bazar oyunçuları onkoloji xəstələrə və dövlətə qarşı birgə fəaliyyət göstərir və bu səbəbdən də nazirlik qanunvericilikdə dəyişikliklər etməyə hazırlaşır.
Səhiyyə Nazirliyinin açıqlaması Əczaçılıq Şirkətləri Assosiasiyası tərəfindən tənqid edilib, ona görə əsassız ittihamlar apteklərdə işləyənlərlə istifadəşilər arasında münaqişə yaradır.
Assosiasiya onkoloji dərmanların qiymət artımını belə izah edib:
“Dərmanların qiymətləri 2022-ci ilin sentyabrından ucuzlaşmağa başlayıb və bu ilin fevralında azalma pik həddə çatıb. Azalmaya səbəb şirkətlərin səhmlərindəki qalıqların müddətinin bitməsinin qarşısını almaq üçün tez satılması olub. Ümumi Sağlamlıq Proqramının maliyyələşdirmə prinsipi və bazarda rəqabətin yüksək səviyyədə olması səbəbindən 2022-ci ilin sentyabr-fevral aylarında bir çox dərman vasitələri qeyri-real dərəcədə ucuz, praktiki olaraq maya dəyərindən aşağı qiymətə satılıb. Bütün bunlar əvvəlki dövrdə idxal balansı hesabına baş verib. 2022-ci ilin dekabr ayında Türkiyədə dərmanların qiymətində 36,77% artım olub. Ehtiyatlar tükəndikdən sonra bütün şirkətlər mart ayında Türkiyədən dəyəri yüksələn dərmanlar idxal etməli oldular. Müvafiq olaraq, fevral ayında əldə edilən qeyri-real aşağı qiymətləri saxlamaq mümkün olmadı və müvafiq yenidən qiymətləndirmə aparıldı. Qeyd olunmalıdır ki, qiymətlər hətta 09.2020-09.2022-ci illərdə bu dərmanların maliyyələşdirildiyi ilkin səviyyəyə qədər artmayıb”.
Assosiasiya bildirir ki, qiyməti artırmaqda ittiham olunan şirkətlərdən birinin 2023-cü ilin yanvar-mart aylarında ümumiyyətlə qeyd olunan konkret dərmanı olmayıb, üstəlik 15 852 lari dəyərində olan dərmanı istifadə müddəti bitdiyi üçün məhv etməli olub.“Onkoloji dərmanların qiymətinin 4 dəfə artdığını demək, yumşaq desək, əhalini bilərəkdən çaşdırmaqdır. Qiymətlər ilkin diapazonunda qalıb. Əczaçılıq bazarı üzvü şəxslərin hüquqlarının davamlı şəkildə pozulması və ləyaqətinin tapdalanmasının nə məqsədə xidmət etdiyi anlaşılmazdır. Rəqabət agentliyinə müraciət edirik ki, tənzimləyici tərəfindən sektor üçün qəsdən məhdudlaşdırıcı rəqabət şəraiti yaratmağın yeri yoxdur və bu da şirkətlərin bazarı zorla tərk etməsi üçün ilkin şərtdir”, - Assosiasiyanın bəyanatında deyilir.