Rusiya prezidenti Vladimir Putin Moskva ilə Soxumi arasında təyin olunmuş ikili vətəndaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Qondarma Abxaziya pasportu sahibləri de-fakto Abxaziya vətəndaşlığından imtina etmədən Rusiya vətəndaşlığını ala biləcəklər. Rusların da Abxaziya “vətəndaşlığını” almaq hüququ olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qondarma Saziş 2022-ci il sentyabrın 27-də Moskvada imzalanıb və 5 iyul 2023-cü ildə Rusiya Federasiya Şurası tərəfindən təsdiqlənib. Gürcüstan hökuməti bu məsələyə münasibət bildirməyib.
“İkili vətəndaşlıq haqqında saziş, bu, hərəkət azadlığı, sosial təminatlar, səhiyyə, təhsil, təhlükəsizlik, hərbi xidmətin tanınması məsələlərinin həlli ilə bağlıdır”, - Abxaziyanın de-fakto xarici işlər naziri İnal Ardzinba qondarma Saziş ilə bağlı bildirib.
Onun sözlərinə görə, bu, “Rusiya ilə qardaşlıq münasibətlərinin və dialoqun yüksək səviyyəsinin növbəti sübutudur”.
Sənədə əsasən, 2008-ci il avqustun 26-dan Abxaziya vətəndaşlığına malik olan və bu günə qədər onu saxlayan şəxslər sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını ala biləcəklər.
Abxaziya və Rusiyanın qondarma ikili vətəndaşları ərazisində daimi yaşadıqları ölkənin qanunvericiliyinə müvafiq olaraq sosial təminat, təhsil və tibbi xidmət hüququndan istifadə edəcəklər. Eyni prinsip hərbi xidmətə çağırışa da aiddir. Bundan əlavə, məsələn, Abxaziyada artıq hərbi xidmət keçmiş şəxslər Rusiyada çağırılmayacaq.
Qondarma sazişin qüvvədə qalma müddəti beş ildir və tərəflərdən hər hansı biri onu ləğv etmək niyyəti barədə əvvəlcədən xəbərdarlıq etməsə, avtomatik olaraq uzadılacaqdır. Müqavilədən çıxma vətəndaşlığın avtomatik ləğvi ilə nəticələnməyəcək.