Rusiya hakimiyyəti yenə Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinərək həbs cəzasına məhkum edilmiş Vadim Krasikovu Almaniya həbsxanasından azad edilməsinə çalışır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu məsələyə Rusiya prezidenti amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyada casusluq ittihamı ilə həbs edilən “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçlə bağlı sualı cavablandırarkən toxunub. Putin birbaşa Xanqoşvilinin soyadını açıqlamayıb, lakin onun cavabı göstərir ki, Rusiya xüsusi xidmət orqanları Xanqoşvilinin qatilinin azad edilməsi müqabilində Qerşkoviçi ABŞ-a təhvil verməyə hazırdır.
“ABŞ-ın tərəfdaş olan ölkələrdən birində bir adam həbsxanadadır, hansı ki, vətənpərvərlik hisslərinə görə Avropa paytaxtlarından birində qulduru likvidasiya etmişdi. Qafqaz hadisələri zamanı onun [quldurun] nə işlə məşğul olduğunu bilirsinizmi? Danışmaq istəmirəm, amma deyəcəyəm: əsir düşən əsgərlərimizi yola uzadır, sonra maşınla üzərindən keçirdi. Nətəhər bir insandır və ümumiyyətlə insandırmı? Amma Avropanın paytaxtlarından birində onu likvidasiya edən bir vətənpərvər peyda oldu. Bunu öz təşəbbüsü iləmi etdi yoxsa, yox, bu başqa mövzudur”, - Putin bildirib
Taker Karlson qeyd edib ki, 32 yaşlı Evan Qershkoviç belə bir iş görməyib və sadəcə jurnalistdir.
“O, təkcə jurnalist deyil. O, konspirasiya əsasında məxfi məlumatlar əldə etmiş jurnalistdir. Bəli, bu başqa mövzudur. Mən sadəcə olaraq ABŞ hökumətinin nəzarəti altında olan insanlardan danışıram, hansı ki, həbsxanada olmamalıdırlar, kəşfiyyat orqanları arasında dialoq gedir. Bu, sakin və peşəkar şəkildə həll edilməlidir. Əlaqələr mövcuddur. Qoy, işləsinlər”, - Vladimer Putin qeyd edib.
Bundan əvvəl KİV Rusiyanın narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən amerikalı basketbolçu Britni Qrinerin azadlığa buraxılması müqabilində Xanqoşvilinin qatilini azad etməyə çalışdığını yazmışdı. İdmançı 10 aylıq həbsdən sonra 2022-ci ilin sonunda ABŞ-a qayıtmışdı. O, silah alverçisi Viktor Butla mübadilə edilmişdi.
Zelimxan (Tornike) Xanqoşvilinin qətlində təqsirli bilinən Rusiya vətəndaşı Vadim Krasikov Almaniyada ömürlük həbs cəzasına məhkum edilib. Hökm 2021-ci ilin dekabrında Berlin Ali Məhkəməsi tərəfindən çıxarılıb.
Almaniya Federal Prokurorluğu Zelimxan Xanqoşvilinin Rusiya hakimiyyətinin göstərişi ilə öldürüldüyünü iddia edib. Bununla bağlı olaraq iki rusiyalı diplomatı da ölkədən çıxarılıb. Rusiya hökuməti qətllə hər hansı əlaqəni inkar edib və öz vətəndaşının ömürlük həbsini siyasiləşdirilmiş qərar qiymətləndirib.
Etnik olaraq çeçen olan Zelimxan Xanqoşvili Pankisi vadisindən idi. İkinci Çeçenistan müharibəsində Rusiyaya qarşı vuruşub.
Xanqoşvili 2015-ci ildə ona növbəti hücumdan sonra Gürcüstanı tərk edərək Almaniyaya sığınacaq istəyib. 2019-cu il avqustun 23-də o, Berlinin Moab rayonunda cümə namazına gedərkən velosipedlə yoldan keçən biri tərəfindən başından güllə yarası almışdı. 40 yaşlı Zelimxan Xanqoşvili yerindəcə keçinmişdi. Qatili – Vadim Sokolovu, saxta Rusiya pasportuna görə, elə həmin gün həbs etmişdilər.
2020-ci ildə Zelimxan Xanqoşvilinin qətlinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xüsusi Məqsədli Mərkəzi tərəfindən təşkil edildiyinə dair jurnalist araşdırması dərc edilmişdi. “Qatil” Vadim Krasikov bu mərkəzin bazalarında təlim keçib və xüsusi xidmət orqanlarından saxta ad və soyadla xarici pasport alıb. İstintaqın məlumatına görə, Xanqoşvilinin öldürülməsi əməliyyatında yalnız bir nəfər iştirak etməyib və ola bilsin ki, azı 5 nəfərdən ibarət qrup cinayəti planlaşdırıb.