“Qətl yanlış termindir” – Qaluzin Tamaz Qinturinin qətli haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Sərhədçilər beynəlxalq aləmdə tanınan qaydalar çərçivəsində hərəkət etdiyi halda, biz niyə kimisə cəzalandırmalıyıq?! Ona görə də bunu qətl adlandırmaq düzgün deyil. Yaxşı olardı ki, gürcü tərəfi Gürcüstan əhalisinə yaxşı başa salsın ki, sərhədləri səssizcə, qanunsuz yolla keçməyə dəyməz”, - Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Gürcüstan vətəndaşı Tamaz Qinturinin rus hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı bildirib.

Dekabrın 5-6-da beynəlxalq danışıqların 59-cu raundunun keçirildiyi Cenevrədə ictimai yayımçı tərəfindən Qaluzinə Tamaz Qinturinin qətli ilə bağlı sual verilib.

“Bizi əhatə edən geosiyasi reallığı real və aydın şəkildə qəbul etmək lazımdır. Mövcud vəziyyəti, səbəbləri və mənşəyi, tarixi, hadisələrin 2008-ci ilin avqustundan bu yana necə inkişaf etdiyini, Saakaşvilinin rəhbərliyi ilə Gürcüstanda Cənubi Osetiya əhalisinə və Rusiya sülhməramlılarına qarşı təcavüzün necə başladığını aydın xatırlamaq lazımdır.

Rusiya sülhməramlılarına hücum Rusiyaya hücum deməkdir. Ona görə də Gürcüstan zorla sülhə çağırılacaq.

Tamaz Qinturi məsələsinə gəlincə, sualda istifadə etdiyiniz terminologiya düzgün deyil. Məsələ kiminsə adam öldürmək məqsədi güdməsində deyil, insanların Cənubi Osetiya sərhədini qanunsuz keçməsindədir. Bununla birlikdə, onlae sərhədçiləri balta ilə hədələyiblər. Balta ciddi soyuq silahdır. Onlar kilsəyə girməyə cəhd ediblər. Onları asayişə çağıranda bu balta ilə sərhədçilərimizi hədələyiblər. Sərhədçilər bu cür hərəkətləri dayandırmağa çağırıblar. Buna baxmayaraq, sərhədçilərimizi hədələyib, maşınla vurmaq istəyiblər. Əvvəlcə havaya xəbərdarlıq atəşi açılıb, daha sonra avtomobilin təkərlərinə”, - Mixail Qaluzin bildirib.

58 yaşlı Tamaz Qinturi noyabrın 6-da rus əsgərləri tərəfindən öldürülüb. Onun kürəyində iki güllə dəymişdi. Onunla birlikdə eyni kənddə yaşayan 33 yaşlı Levan Dotiaşvili 4 gün ərzində qaçırılmış idi. Noyabrın 7-də Tsxinvali TV Tamaz Qinturi və Levan Dotiaşvilinin tıxanmış kilsə qapısını necə açdığını göstərən video yayımlayıb.

Kirbaldəki Lomisi kilsəsi işğal xəttindən kənarda yerləşir. Avqust ayında işğalçılar kilsənin qapısını qalay lövhə ilə bağlayıblar ki, ibadətçilər içəri daxil olmasın. Öldürülən Tamaz Qinturi 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin iştirakçısı olub və mayor olub. Yerli sakinlər onun bu səbəbdən öldürüldüyünü düşünür.

Kirbalidən qaçırılan Levan Dotiaşvili noyabrın 9-da Sxinvali vilayətinin de-fakto hakimiyyəti tərəfindən azad edilib. Dotiaşvili mediaya hadisənin təfərrüatları barədə danışıb və xatırladıb ki, Lomisi kilsəsi yaxınlığındakı rus əsgərindən münaqişəsiz şəkildə ayrılıblar, lakin qəfil onu və Tamaz Qinturini təqib edərək atəş açmağa başlayıblar.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur