Qətldə təqsirləndirilən şəxs Laqodexidə saxlanılarkən intihar edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 18-də Tbilisidə qətl törətməkdə təqsirləndirilən 35 yaşlı G.S. ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Laqodexi bələdiyyəsində qohumlarının evində axtarış keçirilib, təqsirləndirilən şəxs saxlanılarkən intihar edib.

“2022-ci il dekabrın 18-də Tbilisi Polis İdarəsinin baş istintaq bölməsi eyni gündə Tbilisidə baş vermiş qəsdən adam öldürmə və yaralama faktı ilə bağlı istintaqa başlayıb. İstintaqla müəyyən edildi ki, 1987-ci il təvəllüdlü G.S. ortağı - 1989-cu il təvəllüdlü G.Q.-nin iştirakı ilə 1983-cü il təvəllüdlü L.A-nı qarşılıqlı mübahisə zəminində odlu silahdan atəş açaraq başından yaralayıb, həmin şəxs hadisə yerindəcə dünyasını dəyişib. 1966-cı il təvəllüdlü Z.G-ni isə qarın nahiyəsindən yaralayıb, şəxs xəstəxanaya yerləşdirilib. Hər iki şəxs cinayəti törətdikdən dərhal sonra avtomobillə hadisə yerindən qaçıblar. Hadisəni törədən şəxslərin harada olduqlarının müəyyən edilməsi üçün tədbirlərə Kaxeti Polis Şöbəsinin əməkdaşları cəlb olunub, onlar müxtəlif ünvanlarla birlikdə Laqodexi bələdiyyəsində G.S.-nin qohumunun evinə baş çəkiblər, elə orada G.S ilə qarşılaşıblar.

Polisləri görən kimi G.S odlu silahı çıxararaq əvvəlcə polis əməkdaşlarına tuşlayıb, sonra isə başına tuşlayaraq atəş açıb. O, yerindəcə dünyasını dəyişib. Sözügedən fakta eyni evdə olan G.Q və polis əməkdaşları şahid olub”. – bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xüsusi İstintaq Xidməti G.S-nin Laqodexi bələdiyyəsində intihar etməsi ilə bağlı istintaqa başlayıb.

Hüquq-mühafizə orqanları dekabrın 18-də Tbilisidə baş vermiş qəsdən adam öldürmə və yaralama faktını ört-basdır etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü G.Q-ni həbs edib.



Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur