Sərginin kuratoru Keti Şavqulidze Milli Qalereyanın divarına rəssam Sandro Sulaberidzenin yazdığı yazıya görə polisə çağırılıb və sorğu-sual edilib. Şavqulidzenin sözlərinə görə, hüquq-mühafizə orqanları əsərini yığışdırıb əvəzinə divara yazı yazan (divara bu sözləri yazmışdı - “sənət canlı və müstəqildir”) rəssamın bu hərəkətinin səbəbinin nə ola biləcəyi ilə maraqlanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əvvəlcə ünsiyyətimizin necə baş tutduğunu, Sandro ilə bir-birimizi haradan tanıdığımızı, sərgiyə necə hazırlaşdığımızı soruşdular. Kurator mən olduğuma görə rəssamların siyahısına cavabdehəm, tərtibi mən etmişəm və mənim qərarımla Sandro da siyahıya salınıb. Məndən səbəbin nə ola biləcəyini soruşdular. Sandro mənə dedi ki, bu sərgi ilə bağlı deyil”, - Keti Şavqulidze "TV Pirveli"nin efirində deyib.
Şalva Amiranaşvili adına Dövlət İncəsənət Muzeyindən verilən məlumata görə, rəssamın Milli Qalereyaya vurduğu ziyanın nəticələri aradan qaldırılıb.
“Fevralın 4-də Dimitri Şevardnadze adına “Atinati” Milli Mədəniyyət Mərkəzinin Qalereyasında (kurator Ketevan Şavqulidze) “Güzgü ilə avtoportret” sərgisi açılıb. Sərginin açılışında sərgidə iştirak edən rəssamlardan biri Sandro Sulaberidze sərgidə iştirak etmək fikrini dəyişib və öz əsərini divardan götürüb sprey boya ilə divarı yazdı, nəticədə Milli Qalereyanın sərgi sahəsinin divarını zədələmiş oldu. Hazırda “Atinati” divarın ilkin görkəmini bərpa edib və sərgi normal şəraitdə keçirilir”.
Daxili İşlər Nazirliyi indiyədək rəssamın qalereyanın divarına yazması faktı ilə bağlı Cinayət Məcəlləsinin hansı maddəsi ilə araşdırmaya başlamasını açıqlamayıb.
Tea Tsulukianinin mədəniyyət naziri təyin edilməsindən sonra (2021-ci ilin martında) Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlarda yenidənqurma və genişmiqyaslı dəyişikliklər aparılıb. Rəhbərlərinə tam tabe olmayan onlarla əməkdaş işdən çıxarılıb.