“Qali əhalisi 40% azalıb, o, Kodori vadisinin taleyini bölüşə bilər” - Pilia

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal olunmuş Abxaziyada de-fakto prezident Aslan Bjaniya və “İctimai Palata”nın üzvlərinin görüşündə Qali bölgəsinin problemləri müzakirə edilib. Palatanın üzvü Davit Pilia bildirib ki, son 20 ildə Qali əhalisi 40% azalıb.

“Sovet İttifaqı dağılanadək tarixi Samurzakanonun ərazisində 92 min insan yaşayırdı. Bu gün Şərqi Abxaziyada Murzakanodan olan 55 min insan yaşayır. Ən çox gənclər gedir. Bu il rayonda 230 nəfər məktəbi bitirib. Qonşu ölkənin xüsusi proqramı olduğu üçün burada kiminsə qalacağına çox şübhə edirəm. Məktəb şagirdləri ilə hələ təhsil aldıqları dövrdə əlaqə saxlanılır. Bu niyə baş verir? Çünki bu gün Gürcüstan ərazisində rus dilinə yenidən tələbat var və bizim uşaqlar, məlum olduğu kimi, rus dilində yaxşı danışırlar”, - deyə Piliya bildirib.

Onun sözlərinə görə, son 30 ildə Qali rayonundan 15500 gənc gedib ki, bu da çox böyük rəqəmdir.

“Qali gələcəkdə Kodori vadisinin taleyini bölüşə bilər. Orada heç kim yaşamır. Bu ərazidə kim yaşayacaq və gedənləri əvəz edəcək əhalini haradan tapacağıq?” – Davit Piliya soruşub.

O, əmindir ki, gənclər Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olan əraziyə həqiqətən istədikləri üçün deyil, son 8 ildə Qali bölgəsində yaranan şərait insanları çox pis vəziyyətə saldığı üçün köçürlər.

“Uşaq doğulanda valideynlərinin abxaz şəxsiyyətini təsdiq edən sənədləri yoxdursa, o, doğum haqqında şəhadətnamə ala bilmir.

İnsanların, əsasən gürcü pasportları var, bu da valideynləri məcbur edir ki, Zuqdidiyə gedib uşağın doğum haqqında şəhadətnaməsini, məhz elə oradan alsınlar. Hesab edirəm ki, biz bu problemi həll etmək üçün bir yol tapmalıyıq. Burada, bizdə doğulan uşaq bizim övladımızdır. Bu təcrübə bizim üçün dəhşətlidir. Hesab edirəm ki, Qali rayonunun bütün məktəb məzunları Abxaziya pasportu almalıdırlar.

Mövcud qanun bizə bunu etməyə imkan vermir. Əgər qanun zərərlidirsə və dövlətimizin maraqlarına xidmət etmirsə, ona yenidən baxılmalıdır”, - deyə Pilia bildirib.

O, abxaz soyadlarının bərpasının zərurətindən də danışıb və bildirib ki, 1700-dən çox insan öz tarixi soyadlarını - Zuxba (Zuxbaia əvəzinə), Tarba (Tarbaia əvəzinə), İnal-İfa (İnalişvili əvəzinə) və s. bərpa etmək istəyir.

“Cəmiyyətdə bunu dərk edə bilməyənlər var. Biz onlara izah etməliyik ki, biz bunu sadəcə istədiyimiz üçün deyil, ədalətin olması lazım olduğuna görə edirik. Stalinin və Beriyanın siyasəti bizi bir neçə gündə gürcülərə çevirdisə, 30 il tarixi ədaləti bərpa etməyə kim mane oldu. Müsahibə aldığım hər 10 nəfərdən 9-u hesab edir ki, bu problem həll olunmalıdır. Milliyyət qrafasına “Meqrel” yazdırmaq istəyənlər var. Biz buna niyə mane olmalıyıq? Meqrellər də qədim mədəniyyətə malik xalqdırlar, lazdırlar”, - Pilia və qeyd edib və qondarma prezidenti yanında Qali rayonu məsələləri ilə bağlı komissiya yaratmaq təşəbbüsü ilə çıxış edib.

Aslan Bjaniya qeyd edib ki, ifadə olunan mövqelər onun üçün “yaxın və anlaşılandır”. O, Piliyaya “İctimai Palata”nın fikirlərini təkcə prezidentə deyil, həm də parlamentə təqdim etməyi təklif edib.

“Sonra biz addım-addım gedəcəyik, bütün bu problemləri ardıcıl şəkildə həll edəcəyik. Söhbət həm sakinlərimizdən və vətəndaşlarımızdan, həm də əhali ilə işləmək yolu ilə Qali rayonunda dövlət qurumlarımızı gücləndirməkdən gedir. Mən, şəxsən səni dəstəkləyəcəyəm”, - Bjaniya bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur