Rabitə Komissiyası rus qanunu ilə bağlı videoçarxlar yayımladığına görə “Mtavari Arxi” televiziya şirkətini 2500 lari cərimələyib. Komissiya videoçarxları siyasi reklam kimi qiymətləndirib və hesab edib ki, onların məqsədi parlament seçkilərində “agent qanunu”nu dəstəkləyən partiyanın, yəni “Gürcü Arzusu”nun seçilməsinə mane olmaq üçün idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tənzimləyici orqan tərəfindən efirdən silinməsi tələb edilən videoların birində Niaz Diasamidzenin mahnısının fonunda etiraz aksiyaları zamanı çəkilmiş kadrlar nümayiş etdirilib və sonda “Avropaya hə, rus qanununa yox” yazısı ortaya çıxıb. İkinci video “Marneuli” icma radiosunun fəaliyyətindən bəhs edirdi. “Qərb biliyi və yardımının Gürcüstanda vətəndaş cəmiyyətinə gətirdiyi yaxşılıq nümunələrini tapmaq nə qədər asandırsa, rus qanununun tətbiqinin cəmiyyətin bütün təbəqələri üçün yaratdığı təhlükəni görmək o qədər asandır”, - videoklipdə eşidilirdi.
Komissiya qeyd olunan videoçarxları siyasi reklam kimi qiymətləndirdiyinə və seçkidənkənar dövrdə yayımçılara siyasi reklamların yayımlanmasının qadağan edildiyinə görə “Mtavari Arxi”yə cərimə kəsilib və həmin videonun yayım şəbəkəsindən çıxarılması barədə göstəriş verilib.
“Xarici təsirin şəffaflığı haqqında Gürcüstan qanunu cəmiyyətin bütün hissələri üçün təhlükə yaradan “rus” qanunu kimi xatırlanan siyasi məzmunlu videolarda mənfi kontekstdə təqdim olunur. Sözügedən video çarxlar ictimaiyyəti Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanununun qəbulunu dəstəkləyən siyasi birliklərə və onların nümayəndələrinə qarşı səfərbər edəcək. Ona görə də Rabitə Komissiyası hesab edib ki, videoçarxların məqsədi qarşıdan gələn parlament seçkilərində sözügedən qanuna dəstək verən siyasi birliklərin seçilməsinə mane olmaqdır”, - Rabitə Komissiyasının yaydığı bəyanatda deyilir.
“Mtavari Arxi” qərarla razılaşmayaraq məhkəməyə müraciət edəcək. Komissiyanın iclasında teleşirkətin hüquqşünası Tamta Muradaşvili izah edib ki, videolar siyasi deyil, sosial reklam kimi yerləşdirilib və heç bir siyasi partiyanın adı çəkilməyib.
“Siz məzmuns daxil olursunuz. Sosial klipi ona görə mənfi qiymətləndirdiniz ki, rus qanunu qeyd edilib və qərar verdiniz ki, bu, konkret partiyaya qarşı yönəlib, onun seçilməsinə mane olmaq məqsədi daşıyır, halbuki bu partiyanın özü də bu qanunun onlara maneə olduğunu düşünmür - əksinə, bunu seçkilərdən əvvəl qəbul ediblər”, - Muradaşvili deyib.
Rabitə Komissiyasının hüquqşünası İrakli Butbaia mübahisəli videolarda nəyin “mənfi” olduğunu Tamta Muradaşviliyə izah edib: “Komissiya aparatının qiymətləndirməsində bu qanunun mənfi və ya müsbət təsir göstərəcəyi deyilmir. Burada söhbət ondan gedir ki, sizin kanalınızdakı kliplərdə o və onun effekti mənfi mənfi kontekstdə təqdim olunub. Bir halda bu qanunun ziyanlı olacağı və böyük zərər gətirəcəyi deyilir. İstər bu işdə, istərsə də ikinci klipdə bu qanunun damğalanması baş verir, yəni ona “rus qanunu” deyirlər, baxmayaraq ki, qanun rəsmi olaraq belə adlandırılmır”.
Komissiyanın iclasında “Gürcüstan Demokratik Təşəbbüsü” (GDI) qeyri-hökumət təşkilatının nümayəndələri də iştirak ediblər. Eduard Marikaşvili və Vasil Jijilaşvilinin fikrincə, rus qanununun xatırlanmasına görə mediaya senzura tətbiq edilməsi avtoritar rejimin daha bir təzahürüdür. Onların fikrincə, qanunun bir tərəfdən birbaşa yayımçılara, digər tərəfdən isə Gürcüstanın Avropaya inteqrasiya prosesinə əhəmiyyətli dərəcədə xələl gətirməsinə baxmayaraq, əsas mesaj yayımçıların ölkədə baş verən hadisələri, o cümlədən rus qanununun qəbulunu tənqid etməyi dayandırmalarıdır.
“Bizim fikrimizcə, komissiyanın sözügedən qərarı onun göstəricisidir ki, rabitə komissiyası seçkilər öncəsi hakim partiyanın maraqlarının təmin edilməsi və rus qanunu ətrafında tənqidinin qarşısının alınması prosesində əsas aktorlardan biri olacaq”, - “GDI” nümayəndələri qeyd edirlər.
Rabitə Komissiyası iyulda da “Mtavari Arxi”ini sanksiya edib. Həmin vaxt tənzimləyici orqan rus qanununu dəstəkləyən parlament üzvlərinin yer aldığı və adlarının çəkildiyi video çarxı siyasi reklam hesab edirdi.