“Əgər onlar [“xarici agentlər” haqqında rus qanununa] tabe olmasalar, maliyyə cəzaları olacaq, sonra onların hesabları müsadirə olunacaq, sonra isə sadəcə fəaliyyət göstərə bilməyəcəklər. Aldıqları vəsaiti ala bilməyəcəklər. Əgər yaxşı iş görürsənsə və heç bir pis niyyətin yoxdursa, bəyannaməni doldurub maliyyəni, gəlirini haradan əldə etdiyini və konkret hansı layihələr maliyyələşdirildiyini göstərməyin nə problemi var? Lakin şübhə var ki, qütbləşmə, inqilabi ssenarinin maliyyələşdirilməsi məhz bu şəffaflığın olmaması səbəbindən baş verib”, - “Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, o, nə şəxsən, nə də komanda yoldaşlarının sanksiya ounacağını gözləmir. “Biz sanksiyalara məruz qalacaq heç nə etməmişik. Öz ölkəsində qanun çıxaran insanlara necə sanksiya tətbiq edə bilərsiniz və ölkə əhalisinin əksəriyyəti bunu etmək hüququnu məsələn, deputatlara və bu gün hökumət formasında təmsil olunan hakimiyyətə verib. Əminəm ki, heç bir sanksiyalar olmayacaq”, - Kaladze bildirib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün rus qanununu imzalayıb. Qanun bu gün “Qanunvericilik Toplusu”nda dərc olunub.
Qanuna görə, gəlirlərinin 20%-dən çoxunu beynəlxalq təşkilatlardan aldığı qrantlardan əldə edən bütün qeyri-hökumət təşkilatları və medialar xarici dövlətin maraqlarını daşıyan təşkilat kimi qeydiyyatdan keçməlidir. Belə təşkilatlar avqust ayında dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət etməli və xarici dövlətin maraqlarını daşıyan təşkilat kimi qeydiyyatdan keçməyi tələb etməlidir.
Qeydiyyatdan yayınmaq və ya müəyyən edilmiş müddətdə maliyyə bəyannaməsini təqdim etməmək 25.000 lari məbləğində cərimə ilə nəticələnir. Qanun Ədliyyə Nazirliyinin tələblərinin yerinə yetirilməməsinə görə əlavə olaraq 10.000 və 20.000 lari cərimə də nəzərdə tutur.
Bundan əlavə, Ədliyyə Nazirliyi tələb olunan məlumatları təqdim etmədiyinə görə bütün şəxsləri (fiziki şəxslər də daxil olmaqla) 5000 lari məbləğində cərimələmək hüququna malikdir. Ədliyyə Nazirliyi fiziki şəxslərdən şəxsi məlumatları, kommersiya, peşəkar və məxfi məlumatları tələb edə bilər.
Yüzdən çox ictimai təşkilat və onlayn nəşriyyat “agent” reyestrində qeydiyyatdan keçməyəcəklərini bəyan edib. Bəzi təşkilatlar rus qanunlarını Gürcüstanın konstitusiya və insan haqları üzrə Avropa məhkəmələrinə şikayət etməyi planlaşdırır.