Rusiya tərəfindən işğal olunmuş Tsxinvali regionunun de-fakto hakimiyyəti Rustavi sakini 37 yaşlı Levan Petriaşvilini qanunsuz cəza çəkdikdən sonra həbsdən azad edib. De-fakto məhkəmə onu qondarma sərhədi qanunsuz pozduğuna görə 7 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Levan Petriaşvilinin qanunsuz həbsdən azad edilməsi prosesində “qaynar xətt” mexanizmindən fəal istifadə edilib. Onun qeyri-qanuni həbsdən dərhal azad edilməsi məsələsi Gürcüstanın mərkəzi hökuməti tərəfindən İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) və Cenevrə Beynəlxalq Müzakirələri formatlarında müntəzəm olaraq qaldırılıb.
İşğal olunmuş Tsxinvalinin de-fakto təhlükəsizlik komitəsi də Levan Petriaşvilinin azad edilməsi ilə bağlı məlumat yayıb. Açıqlamaya görə, 37 yaşlı Levan Petriaşvili bu ilin yazında Tsxinvali yaxınlığındakı qondarma dövlət sərhədini sərxoş halda qəsdən keçib. De-fakto məhkəmənin hökmü ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
Hazırda Tsxinvali həbsxanasında Gürcüstanın 5 vətəndaşı qanunsuz həbsdədir - Laşa Xetereli, Petre Kalaşnikov, Qiorqi Darçiaşvili, Vasiko Kenkadze və Qiorqi Mosiaşvili.
Liaxvi vadisindən olan məcburi köçkün Laşa Xetereli artıq səkkizinci dəfədir ki, işğal rejimi tərəfindən saxlanılıb. Axırıncı dəfə, iyulun 5-də onu işğal altında olan Disev kəndi yaxınlığında həbs ediblər. Bundan əvvəl Xetereli bir ildən çox qanunsuz olaraq Tsxinvali həbsxanasında saxlanılıb. Onun işğal olunmuş ərazidə qohumları var. 2008-ci il müharibəsindən sonra Şaumianinin köçkün qəsəbəsində yaşayır.
31 oktyabr 2023-cü ildə rus əsgərləri Perevi kəndinin sakini Qiorqi Mosiaşvilini Sinaquri kəndinin ətraf ərazisindən qaçırıblar.
Saxlanılan digər üç nəfərlə bağlı ətraflı məlumat paylaşılmayıb.