Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan 37 yaşlı Qiorqi Darçiaşvili Tsxinvali təcridxanasından buraxılıb. De-fakto təhlükəsizlik komitəsinin bildirdiyi kimi, qondarma Tsxinvali Rayon Məhkəməsi onu “sərhədi qanunsuz keçmək”də təqsirli bilib və 50 min rubl (təxminən 1480 lari) məbləğində cərimələyib, bundan sonra o, “Respublika”dan xaric edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qondarma Təhlükəsizlik Komitəsinin məlumatına görə, Tbilisidə yaşayan Gürcüstan vətəndaşı, 1986-cı il təvəllüdlü Qiorqi Merab oğlu Darçiaşvili 2023-cü il oktyabrın 5-də Tsxinvali rayonunun Andoreti kəndi yaxınlığında həbs edilib.
“Müəyyən edilib ki, sərxoş şəxs Cənubi Osetiya Respublikasının Gürcüstanla dövlət sərhədini qəsdən keçib”, - de-fakto təhlükəsizlik komitəsi bildirir və Gürcüstanın səlahiyyətli orqanlarını oxşar hərəkətlərin qarşısını almağa çağırır.
Dekabrın 5-də, təxmini iki həftəlik qanunsuz həbsdən sonra, Adzvi kənd sakini, 52 yaşlı Xviça Korinteli Tsxinvali təcridxanasından buraxılıb.
İşğal altında olan Tsxinvali regionunda 5 Gürcüstan vətəndaşı qanunsuz həbsdə saxlanılır. Onların arasında noyabrın 24-də Qori bələdiyyəsinin Adzvi kəndinin kilsəsindən Xviça Korinteli ilə birlikdə qaçırılmış Dimitri Korinteli və Qiorqi Meladze də var. Kilsə işğal xəttinin o tayındadır.
Laşa Xetereli, Petre Kalaşnikov və Qiorqi Mosiaşvili də Tsxinvali həbsxanasında qalırlar.
Liaxvi vadisindən olan qaçqın, Laşa Xetereli artıq səkkizinci dəfədir ki, işğalçı rejim tərəfindən həbs edilib. Sonuncu dəfə onu, iyulun 5-də onu işğal altında olan Disev kəndi yaxınlığında həbs ediblər. Bundan əvvəl Xetereli bir ildən çox Tsxinvali həbsxanasında qanunsuz həbsdə olub. Onun işğal olunmuş ərazidə qohumları var. Özü isə 2008-ci il müharibəsindən sonra Şaumiani köçkün qəsəbəsində yaşayır.
31 oktyabr 2023-cü ildə rus əsgərləri Perevi kəndinin sakini Qiorqi Mosiaşvilini Sinaquri kəndinin ətraf ərazisindən qaçırıblar.
Petre Kalaşnikovun həbsi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.