Qeyri-qanuni olaraq həbs edilən Xviça Korinteli Tsxinvali təcridxanasından azadlığa buraxılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya tərəfindən işğal olunmuş Tsxinvali regionunun de-fakto təhlükəsizlik komitəsi Gürcüstan vətəndaşı, Adzvi kənd sakini Xviça Korintelinin azadlığa buraxıldığı barədə məlumat yayır.

De-fakto komitənin məlumatına görə, 52 yaşlı Xviça Korinteli noyabrın 24-də “sərhədi qanunsuz keçmək”də təqsirli bilinərək saxlanılıb. Onların iddiasına görə, spirtli içkinin təsiri altında olan Korinteli “dövlət sərhədini” qəsdən keçib.

“Korinteli təqsirini tamamilə etiraf edib və törətdiyi əməldən peşman olub. Saxlanılan şəxsin səhhətinin vəziyyəti nəzərə alınaraq  və humanist yanaşmalardan irəli gəlinərək dekabrın 5-də respublikadan xaric edilib”, - de-fakto komitə bildirir.

Gürcüstanın 6 vətəndaşı işğal rejimi tərəfindən qanunsuz şəkildə həbsdə qalır. Onların arasında noyabrın 24-də Qori bələdiyyəsinin Adzvi kəndindən Xviça Korinteli ilə birlikdə qaçırılmış Dimitri Korinteli və Qiorqi Meladze də var. İşğalçı qüvvələrin nümayəndələri onları işğal xəttindən kənarda yerləşən kənd kilsəsindən qaçırıblar.

Tsxinvali həbsxanasında, həmçinin Laşa Xetereli, Petre Kalaşnikov, Qiorqi Darçiaşvili və Qiorqi Mosiaşvili də qalmaqdadır.

Liaxvi vadisindən olan qaçqın, Laşa Xetereli artıq səkkizinci dəfədir ki, işğal rejimi tərəfindən həbs edilib. Onu sonuncu dəfə, iyulun 5-də işğal altında olan Disevi kəndi yaxınlığında həbs ediblər. Bundan əvvəl Xetereli bir ildən çox qanunsuz olaraq Tsxinvali həbsxanasında saxlanılıb. Onun işğal olunmuş ərazidə qohumları var. 2008-ci il müharibəsindən sonra Şaumiani köçkün qəsəbəsində yaşayır.

31 oktyabr 2023-cü ildə rus əsgərləri Perevi kəndinin sakini Qiorqi Mosiaşvilini Sinaquri kəndi yaxınlığından qaçırıblar.

Saxlanılan digər iki nəfərlə bağlı ətraflı məlumat açıqlanmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur