აირჩიეთ ენა

Qaraciyər transplantasiyası əməliyyatını dövlət tam maliyyələşdirəcək

Səhiyyə Nazirliyi qaraciyər transplantasiyası əməliyyatını 120.000 lari ilə tam maliyyələşdirəcək. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, dəyişiklik “2023-cü il üçün dövlət səhiyyə proqramlarının təsdiqi haqqında” qərara daxil edilib.

İndiyədək qüvvədə olan proqrama əsasən, qaraciyər transplantasiyası müəyyən edilmiş tarif çərçivəsində 70 000 laridən artıq olmayan məbləğlə maliyyələşdirilirdi və xəstənin əlavə ödənişdə payı 50 000 lari təşkil edirdi. Vətəndaşların səhiyyə xidmətlərinə maliyyə əlçatanlığını yaxşılaşdırmaq üçün qaraciyər transplantasiyası komponenti üzrə əlavə ödəniş payı tamamilə çıxarılıb və Səhiyyə Nazirliyi bu xidməti tam həcmdə - 120 000 lari ilə maliyyələşdirəcək.

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında “Sosial yardım haqqında hökumətin qərarında dəyişiklik edilməsi barədə” hökumətin qərar layihəsi də müzakirə edilib. Buna əsasən, uşaq müavinətinin məbləği 16 yaşınadək hər bir uşaq üçün 150 laridən 200 lariyə yüksələcək. Dəyişiklik təxminən 233 000 uşağa şamil ediləcək. Proqramın büdcəsi yarım milyard lariyə qədərdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur