20-21 iyun 2019-cu il tarixli asiyada bir gözündə görmə qabiliyyətini itirən 31 yaşlı Qiorqi Sulaşvili Tbilisi Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək. Avqustun 8-də hakim Baia Otiaşvili onun çikayətini qismən təmin edib və Daxili İşlər Nazirliyinə zərə çəkmişin xeyrinə 20 min lari məbləğində mənəvi ziyan kompensasiyasının ödənilməsinə qərar verib. Qiorqi Sulaşvili həmçinin əmək qabiliyyətinin azalması ilə əlaqədar aylıq alimentin ödənilməsini də tələb edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2021-ci ilin sonunda hakim Baia Otiaşvili əvvəlcə məhkəmə qərarının elanını ləğv edib, sonra isə çoxsaylı vəsatətlərə baxmayaraq, demək olar ki, 2 il proses təyin etmirdi. Mən Ali Ədliyyə Şurasına şikayət etdikdən sonra 8 avqust 2023-cü il tarixində o, əlilin əmək qabiliyyətinin azalmasına, çoxsaylı əməliyyatlardan çəkdiyi əziyyətə və davam edən ağrılarına görə aliment təyin edilməsindən imtina etdiyi qərarını elan edib, təcrübənin əksinə kompensasiya məbləği olaraq cəmi 20.000 lari müəyyən etmişdir.
Bu məbləği təkcə dərmanıma xərcləsəm, heç ona da bir il bəs etmir. 31 yaşımda 60 yaşlı kişiyə oxşadım. Buna görə sağ olun “Kotsebo” və Gürcüstan Məhkəməsi. Məni funksiyasız qoyduğunuz üçün təşəkkür edirəm”, - Qiorqi Sulaşvili deyir.
Qavrilov gecəsi rezin güllə ilə vurulması nəticəsində Qiorqi Sulaşvili bir gözünü itirib və çoxsaylı xəsarətlər alıb. Ekspertin rəyinə görə, onun əmək qabiliyyətinin 35% azaldığı və bir gözündə görmə qabiliyyətinin heç vaxt bərpa olunmayacağı müəyyən edilib.
Zərərçəkmişin maraqlarını “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” müdafiə edir. Qurumun qiymətləndirməsinə görə, hakimin qərarı təkcə fəaliyyət qabiliyyətini itirən şəxs üçün aylıq aliment tələbinin təmin edilmədiyinə görə deyil, həm də işğal əleyhinə aksiyanın dağıdılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyana görə ömür boyu davam edəcək zərərin məhkəmə tərəfindən cəmi 20.000 lari ilə qiymətləndirilməsi əsassızdır və təşviş doğurur.
“İşin şərtlər və mövcud sübutlarla müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində Qiorqi Sulaşvili böyük mənəvi ağrı və iztirablar çəkib və indi də əziyyət çəkir. Hesab edirik ki, məhkəmə tərəfindən Qiorqi Sulaşviliyə mənəvi ziyanın ödənilməsi üçün təyin edilmiş məbləğ tamamilə birmənalı deyil, çünki bu, iddiaçının keçirdiyi stress, qorxu, mənfi emosiyalar və ən əsası onun sağlamlığına dəymiş ziyanın dərəcəsi ilə tamamilə qeyri-mütənasibdir, beləliklə, məhkəmə mənəvi zərərin məbləğinin müəyyən edilməsində formalaşmış təcrübəyə görə hərəkət etməlidir.
Bundan başqa, məhkəmə iddiaçının əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə aşağı salınmasına tam məhəl qoymamış, əmək qabiliyyətini itirmiş iddiaçının, müvafiq olaraq kompensasiya formasında aliment almaq tələbi ilə təmin edilməmişdir.
“Məhkəmənin bu qərarı Ali Məhkəmənin formalaşmış təcrübəsinə uyğun deyil. Ona əsasən aliment almaq hüququnun müddəti birbaşa və mütənasib olaraq zərərçəkmiş maaş almaq imkanı ilə əlaqəlidir”, - GGHA bildirir.
Qiorqi Sulaşvili Tbilisi şəhər məhkəməsinin çıxardığı qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcək.