Gürcüstanın keçmiş baş naziri Qiorqi Qaxariyanın “Gürcüstan naminə” partiyası məqsədi Rusiyanın Gürcüstandaki gizli təsilərini üzə çıxarmaq olan “İşğalçı ölkə - Rusiya Federasiyasının təsirindən qorunmaq haqqında” qanun layihəsini parlamentə təqdim edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu barədə deputat Beka Liluaşvili parlamentdə bu gün keçirilən brifinqdə “Parlament çoxluğunun təşəbbüsü ilə hazırlanan “Xarici təsir agentləri haqqında” qanun layihəsi ilə “Gürcü arzusu” işğalçı ölkəni deyil, strateji tərəfdaşlarımızı, dostlarımızı hədəfə alır”- deyə bildirib.
“Hər bir Gürcüstan vətəndaşına aydındır ki, ölkənin təhlükəsizliyi və müstəqilliyinə qarşı təbliğat aparan, açıq və ya gizli yollarla ölkənin Avropa inkişaf yoluna xələl gətirən işğalçı Rusiyadır. Biz, Gürcüstan vətəndaşları üçün bu düşməni tarix müəyyənləşdirdi, dostlarımızı isə özümüz seçdik. Bu seçim demokratik və azad inkişafı, konstitusiya ilə müəyyən edilmiş ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiya məqsədini nəzərdə tutur. Bu məqsədə çatmaq üçün hər şeyi etmək bütün dövlət orqanlarının, o cümlədən parlamentin borcudur.
Hökumət bunun əksini edir. “Agentlər” qanununun hədəfini işğalçı ölkəni deyil, strateji tərəfdaşlarımızı və dostlarımızı edir; Hökumət bu təşəbbüslə dost-düşmən arasında bərabərlik nişanəsi qoymağa çalışır. Bu, heç bir hökumətin haqqı olmayan və olmayacaq olan milli, konstitusiya məqsədniin dəyişdirilməsi, xarici oriyentasiyanın çaşdırılmasıdır.
Odur ki, “Gürcüstan Naminə” partiyasının deputat komandası planımıza müvafiq olaraq, məqsədi Rusiyanın ölkədəki gizli təsir mənbələrini, ölkənin maraqlarına zidd hərəkətləri və onları həyata keçirənləri üzə çıxartmaq olan“İşğalçı ölkə – Rusiya Federasiyasının təsirindən qorunma haqqında” qanun layihəsinin təşəbbüskarı olur” - Liluaşvili qeyd edib
Onun sözlərinə görə, “Gürcüstan naminə” partiyasının qanun layihəsində hər şey öz adı ilə çağırılır:
“Bu ölkədə belə bir qanunun ola biləcəyi yeganə doğru məqsəd düşməni düşmən adlandırmaqdır. “Gürcü arzusu” qanun adı altında ölkədə demokratik inkişafı dayandırmağa, Aİ-yə namizəd statusunu itirməyə və seçkiləri saxtalaşdırmağa çalışır. “Aİ üzvlüyünə namizəd statusunun alınması Gürcüstan üçün sülh, demokratik inkişaf və qeyri-formal idarəçiliyin sonu deməkdir”.
“Gürcüstan Naminə” partiyası qanun layihəsinin onlar tərəfindən də dəstəklənməsi üçün müxalifətdən olan deputatlarla məsləhətləşmələr aparacaq.
Parlament çoxluğunun üzvləri Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraya, Eka Sefaşvili, Davit Katçarava və Zaal Mikeladze “Gürcü arzusu” tərəfindən də dəstəklənən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentə təqdim ediblər. Qanun qəbul olunarsa, beynəlxalq fondlardan maliyyə alan Gürcüstanın qeyri-hökumət və media təşkilatları Gürcüstanda “xarici təsir agentləri” reyestrində qeydiyyatdan keçəcəklər. Qanun layihəsinin müəllifləri bildirirlər ki, onların hazırladıqları sənəd 1938-ci ildə ABŞ-da qəbul edilmiş “Xarici Agentlərin Qeydiyyatı Haqqında Akt – FARA”ya (Foreign Agent Registration Act - FARA) əsaslanır, baxmayaraq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays onun hansısa Amerika qanunlarına deyil də, Rusiya və Macarıstan qanunvericiliyinə əsaslandığını bildirib. Bundan sonra “Xalqın Gücü”nün üzvləri FARA-nın hərfi tərcüməsi olduğunu iddia etdikləri “Xarici Agentlərin Qeydiyyatı Haqqında” adlı başqa bir qanun layihəsi təqdim etdilər. Parlament çoxluğu bu iki qanun layihəsindən birini iyunun sonuna kimi qəbul etmək niyyətindədir.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın qiymətləndirməsinə görə, “bu qanun layihələri açıq şəkildə Rusiya qanunlarına uyğundur və məqsədi vətəndaş cəmiyyətini kənarlaşdırmaq və fərqli səsi boğmaqdır”.
Aİ səfiri Pavel Herçinski ümid edir ki, “Xalqın gücü”nün qanunvericilik təşəbbüsü Gürcüstanın namizədlik statusu alması üçün Aİ tərəfindən müəyyən olunan 12 prioritetindən ən azı ikisinə – vətəndaş cəmiyyəti və media azadlığına zidd olduğu üçün qanuna çevrilməyəcək.
Eyni adlı “Xarici Təsir Agentləri Haqqında” qanun layihəsini Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel də tənqid edib və onun qəbul edilməsinin Aİ norma və dəyərlərinə uyğun gəlməyəcəyini bildirib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirir ki, belə bir qanunun qəbulu vətəndaş cəmiyyəti və medianın fəaliyyətinə, onların ölkədə demokratiya quruculuğuna mühüm töhfəsinə təhlükə yaradır. Bundan başqa, BMT-nin bəyanatında deyilir ki, qanunun qəbulu BMT-nin Gürcüstandakı fəaliyyətinə mane ola bilər.