“Şimali Amerika, Asiya, Afrika və Avropanın böyük hissəsi üçün bu, amansız yaydır, bu bütün planet üçün fəlakətdir”, - Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutiereş bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 27-də BMT-nin qərargahında keçirilən mətbuat konfransında Qutiereş qeyd edib ki, hazırkı vəziyyət proqnozlara və təkrarlanan xəbərdarlıqlara tam uyğundur - “Təəccüblü olan tək şey dəyişikliklərin sürətidir. Bu dəhşətdir və bu hələ başlanğıcdır. Qlobal istiləşmə bitdi, qlobal qaynama dövrü gəldi. Elm adamları üçün birmənalıdır - günahkar insanlardır”.
Bu iyul, artıq iqlim dəyişikliyinin müşahidəsi tarixində ən isti ay kimi qiymətləndirilir.
“İyul bəşər tarixində qeydə alınan ən isti ay olacaq. Bunu öyrənmək üçün ayın sonunu gözləmək lazım deyil. Yaxın günlərdə bütün rekordlar qırılacaq. Bu, artıq gəlmiş-keçmiş ən isti üç həftəlik dövr olub, ilin bu vaxtı üçün ən isti üç gün və ən yüksək okean temperaturu qeydə alınıb”, - deyə BMT-nin baş katibi bildirib.
Antonio Qutiereş təhlükələrə qarşı etinasızlıqdan danışır və beynəlxalq təşkilatları və böyük dövlətləri dünyanın üzləşdiyi ekoloji problemlərin həlli üçün lazım olan maliyyə resurslarının həcmini artırmağa çağırır.
Rekord həddə yüksək temperatur Avropanın müxtəlif ölkələrində meşə yanğınlarına səbəb olub. Son 24 saat ərzində 60-dan çox yeni yanğın ocağının meydana çıxdığı Yunanıstanda fövəladə vəziyyətdir. Volos şəhəri yaxınlığında yanğın meşədən aviabazanın ərazisinə keçib və silah-sursat anbarında partlayışa səbəb olub. Partlayış dalğası qonşu kəndlərə qədər çatıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yunanıstan Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yaxınlıqdakı 12 yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.
İyul ayı İtaliya, Fransa və Portuqaliyada rekord dərəcədə isti olub. 2023-cü ildə Avropa qitəsində ən yüksək temperatur - 48,8 dərəcə ilə Siciliya bölgəsində qeydə alınıb. İtaliyada da meşə yanğınları ilə mübarizə aparılır.
“Ekstremal hava yeni normal hal kimi qavranılır” - BMT-nin baş katibi deyir və hər bir ölkənin üzərinə vətəndaşlarını ekstremal temperaturlar, ölümcül daşqınlar, qasırğalar və meşə yanğınları da daxil olmaqla ekoloji fəlakətlərdən qorumaq üçün məsuliyyət qoyur.