Tbilisidə “Qlovo” kuryerinin yaralanması ilə bağlı bir nəfərə qiyabi ittiham irəli sürülüb. Prokurorluq onu 32 yaşlı Temo Siquanın sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə və qanunsuz olaraq odlu silah əldə etməkdə, saxlamaqda və gəzdirməkdə ittiham edir. Təqsirləndirilən şəxsin yanında olan şəxslərin cinayət barədə məlumat verməməsi faktı üzrə istintaq davam etdirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, iyulun 6-da Tbilisinin Nutsubidze 4-cü mikrorayonunun yaxınlığında təqsirləndirilən şəxs onu müşayiət edən iki şəxslə birlikdə kuryer xidməti zamanı zərərçəkmişlə mübahisə edib və ona fiziki təzyiq göstərmiş, odlu silahdan bir neçə dəfə atəş açaraq xəsarət yetirmişdir.
“O, Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma) və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) ilə qiyabi ittiham olunub. Bu, 4-7 il azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə Prokurorluqdan bildirilib.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Temo Siquaya hücumdan iki gün keçsə də, Daxili İşlər Nazirliyi heç kimi saxlamayıb. Siquanı güllələyən şəxsin kimliyi məlum olub.
Temo Siqua Tbilisidə xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb. Mövcud məlumata görə, narazı müştəri sifarişi tərk etdikdən sonra ondan geri qayıtmasını tələb edib və sifarişdə 1 şüşə pivə olmadığı üçün onunla mübahisə edib.
“Bir şüşə çatışmır dedi, dedim ki, qablaşdırılmışdı elə, mənlik nə var, Qlovoya zəng edin, mənə nə verdilərsə sizə onu təhvil vermişəm. Sən, bala, sən kimə bozarırsan deyib anama söydü deyir. Dörd nəfər gəldi, amma mübahisə biri ilə idi. Sonra silahı çıxarıb qəfil məni vurdu. Onlardan biri ayağa qalxdı, məni motosikletə mindirdi və buradan getməyimi söylədi deyir”, - yaralının anası deyir.
Xeçinaşvili klinikasının həkiminin sözlərinə görə, kuryerin hər iki baldır və topuq nahiyəsində güllə yaraları olub. Əməliyyatdan sonra onun səhhəti stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə (120) maddəsi ilə araşdırma aparılır. Ailə gəncin pnevmatik silahla yaralanması barədə yayılan məlumatı mübahisələndirir.