Özünü elan etmiş Cənubi Osetiya qondarma parlamenti Gürcüstanla qondarma sərhədin delimitasiyası və demarkasiyası məsələsini hələ də müzakirə edir. Qondarma deputat Qari Muldarov bu mövzunu “məntiqi sonluğa” çatdırmaq təklifi ilə çıxış edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya yaxın vaxtlarda xəritənin tərtibi ilə bağlı işləri başa çatdıracaq, lakin bununla belə, bu məsələ ilə bağlı parlament dinləmələrinin təzələnməsi lazımdır. Biz bütün maraqlı tərəfləri dəvət edib öyrənməliyik ki, bizim dədə-baba torpaqlarımız kimin günahı ilə özgəninkiləşdirilib”,– deyə həmin qondarma komissiyanın rəhbəri olan Muldarov deyib.
2021-ci ildə yaradılan komissiyanın üzvləri hesab edirlər ki, Cənubi Osetiya ərazisinin əhəmiyyətli hissəsi, 200 kvadrat kilometr sərhədlərdən kənarda qalıb. Onların fikrincə, sərhədləri müəyyən edən əsas sənəd 1922-ci il 29 aprel tarixli “Cənubi Osetiya Muxtar Dairəsinin yaradılması haqqında” 2 saylı Fərman olmalıdır.
Qari Muldarov ilin əvvəlində o vaxtkı qondarma prezident Anatoli Bibilovun impiçmentinə çağıran de-fakto parlamentarilərdən biri idi. Onlar hesab ediblər ki, Bibilovun bəyanatları “Cənubi Osetiya Respublikasının dövlət-hüquqi təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı” yönəlib. De-fakto 14 deputatın dediyi kimi, 2021-ci il dekabrın 22 və 23-də Znauri və Yava rayonlarının sakinləri ilə görüşləri zamanı Bibilov bildirib ki, 2 saylı fərmana əsasən, “Çorçana kəndi Cənubi Osetiyada yerləşir, digər osetin kəndləri isə Qucabauri, Artsevi və Orçosani [hər üç kənd 2008-ci ildən işğal olunub – red.] Gürcüstan ərazisidir və bu səbəbdən Cənubi Osetiya Respublikasının sərhədlərini müəyyən edərkən fərmanı rəhbər tuta bilməz. Qondarma deputatların sözlərinə görə, dekabrın 30-da Bibilov parlamentdə də eyni şeyi təkrarlayıb və əlavə edib ki, fərmanın heç bir hüquqi qüvvəsi yoxdur, çünki o, SSRİ yaranmazdan əvvəl qəbul edilib.
Bir ay əvvəl qondarma parlament sədri vəzifəsindən istefa verən Alan Tadtaev o zaman bəzi deputatların vəziyyəti gərginləşdirməyə çalışdığını deyib: “2009-cu ildə Rusiya Federasiyası ilə Cənubi Osetiya Respublikası arasında razılaşmaya əsasən, sərhəd zastavaları respublikanın perimetri üzərində yerləşdirilib və o vaxtdan bu sərhəd zastavaları heç yerə köçürülməyib. Sərhədlər 2009-cu ildə müəyyən edilib, sonra isə bu ərazilər nəzərə alınmayıb”, - deyə Tadtaev bildirib.
De-fakto parlamentin yeni sədri Alan Alborov müdafiə və təhlükəsizlik komitəsinə qondarma sərhəd məsələsi ilə bağlı komitə iclasını çağırmağı tapşırıb.