Qoridə 41 yaşlı hərbi qulluqçu asılmış vəziyyətdə tapılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

41 yaşlı İrakli Apriamaşvili Qori bələdiyyəsinin Axalşeni kəndi yaxınlığındakı meşədə ölü tapılıb. Müdafiə Nazirliyi kapralın intihar etdiyini təsdiqləyir.

İrakli Apriamaşvili Axaltsixedən idi. O, son iki il ərzində Qoridə xidmət edib.

“Hərbi qulluqçu ixtisarda idi. Qoridə, öz faktiki yaşayış yerinin yaxınlığında, Axalşeni kəndinin yaxınlığında asılmış vəziyyətdə tapılıb”, - nazirliyin bəyanatında deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Son iki həftədə bu, Qoridə hərbçi ölümü ilə bağlı ikinci haldır.

Dekabrın 28-də 41 yaşlı kapral İvane Qoqidze kirayə götürdüyü mənzilin hamamında ölü tapılıb. Müdafiə Nazirliyinin bəyanatına görə, ilkin məlumata görə, ölümün səbəbi su qızdırıcısının nasazlığı və təbii qazdan zəhərlənmə olub.

2023-cü il oktyabrın 28-də 19 yaşlı Revaz Çxeidzenin Vaşilijvari hərbi bazasında həlak olduğu məlum olub. Xobidən olan gənc məcburi hərbi xidmətini 1 aya başa vurmalı idi. Mərhumun yaxınlarının dediyinə əsasən, versiyalardan birinə görə o, özünü tapançadan atəş açaraq öldürüb. Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

2023-cü il iyunun 8-də Marneuli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən 18 yaşlı Yusif Nəsibov dünyasını dəyişib. Nazirliyin ilkin rəsmi versiyasına görə, o, özünü öldürüb.

2023-cü il aprelin 28-də, gecə saatlarında 45 yaşlı serjant Mamuka Meladze Müdafiə Nazirliyinin ərazisində ölü tapılıb. Nazirlikdən verilən məlumata görə, çavuş özünü asıb. İstintaq bitməzdən əvvəl qurum hadisənin ailə münaqişəsi ilə bağlı olduğunu bildirib.

Müdafiə Nazirliyi Gürcüstan Silahlı Qüvvələrində intiharlarla bağlı statistik məlumat dərc etməyib. Lakin intiharların yüksək olması səbəbindən 2015-ci ildə Psixoloji dəstək şöbəsi yaradılıb. Rəsmilər orduda intiharın əsas səbəblərindən birinin qumara (qemblinq) aludəçilik və ondan yığılan borclar olduğunu iddia edirdilər. Nazirliyin təşəbbüsü ilə qanuna dəyişiklik edilib və hərbçilər üçün qumar oyunları qadağan edilib. Psixoloji təminat şöbəsi hələ də fəaliyyət göstərir, lakin, onun fəaliyyəti ilə bağlı nazirliyin saytında məlumat tapmaq mümkün deyil.

 

Bu mövzu haqqında olan məqaləni oxuyun:

“Övladımı əsgərliyə sağ-salamat göndərdim, mənə ölü qaytardılar” - müdafiə qüvvələrində özünə qəsd 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur