Qoridə keçmiş polis arvadını və qaynanasını öldürüb, sonra isə intihar edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qori bələdiyyəsinin Rexa kəndində keçmiş polis arvadını və qaynanasını öldürüb, sonra isə intihar edib. Qətl yerində ekspert kriminoloqlar və müstəntiqlər işləyir.

Kaspi rayonunun Lamisxana kəndində də bir qadını yaralayıblar. Daxili İşlər Nazirliyindən “Gürcüstan Xəbərləri”nə verilən məlumata görə, Lamisxanada baş vermiş hadisə ilə bağlı ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd maddəsi ilə istintaqa başlanılıb. Qadının ailə üzvü saxlanılıb.

2022-ci ildə Gürcüstanda 21 qadın öldürülüb, 19 qadına qarşı qətl cəhdi olub.

2021-ci ildə 22 qadın qətli faktı və 31 qətlə cəhd faktı qeydə alınıb.

2020-ci ildə 24 qadın öldürülüb. Qadın öldürməyə cəhdlə bağlı 27 fakt qeydə alınıb.

2019-cu ildə 19 qadın qətli və 22 qadın öldürməyə cəhd faktı qeydə alınıb.

Qadınlar ən çox ərləri tərəfindən öldürülür.

Gender və həmçinin ailə zəminində qadını qəsdən öldürmə 16 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2014-2022-ci illərdə 186 qadın qətlə yetirilib - ailə zəminində 92, digər səbəblər zəmnində 94. Həmin dövrdə qadın qətlinə 129 cəhd olub - ailə zəminində 79, digər səbəblərə görə isə 50.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur