“Məsələn, hökumət hesab edir ki, prezidentin səfəri Gürcüstanın namizəd statusu alması ilə örtüşməsə, hökumətin konstitusiyanın verdiyi tam hüquq var ki, prezidentin səfərinə razılıq verməsin”, - “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze prezident administrasiyasının bəyanatı ilə bağlı bildirib, belə ki, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlara dərhal razılıq verən hökumət Salome Zurabişvilinin Brüsselə səfərinə hələ də razılıq vermir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidze administrasiyanın bəyanatını spekulyasiya adlandırıb. Onun sözlərinə görə, Salome Zurabişvilinin namizəd statusuna xələl gətirən bəyanatları üçün geniş arenanın olmaması daha yaxşıdır.
“Biz qorxuruq ki, prezidentin səfəri və bəyanatları namizəd statusuna olan bizim aspirasiyamıza xələl gətirəcək. Prezidentin Milli Məclisdə çıxışlarını eşitmisiniz. Mənlə razılaşa bilərsiniz ki, bu bəyanatlar Gürcüstanın dekabrda namizəd statusu almaq istəyi ilə ziddiyyət təşkil edir. Hökumət ola bilər ki, razılıq verməyib və ola bilər lo versin, bilmirəm, bu onun səlahiyyətidir, amma hökumət prezidentin bəyanatlarından qorxursa, bu, bizim üçün məntiqli olacaq.
Qorxmaq şərti sözdür, çünki onun zərərli ifadələrini eşitmişik. Prezident parlamentin tövsiyələri formal şəkildə yerinə yetirdiyini və faktiki olaraq status üçün addımlar atmadığını bəyan edəndə bu, xələl gətiricidir”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.
Salome Zurabişvilinin mayın 31-də Avropa Parlamentində çıxışı planlaşdırılır. Prezident administrasiyasının məlumatına görə, aprelin 27-də Avropa Parlamentinin sədri Roberta Mezzolanın məktubu qəbul edilib və həmin gün təsdiq üçün hökumətə müraciət edilib.
Salome Zurabişvili aprelin 18-də Avropa Parlamentində çıxış etməli idi, lakin səfər bir neçə gün əvvəl təxirə salındı. Prezident administrasiyasının məlumatına görə, buna səbəb hökumətdən təsdiq prosesinin süni şəkildə uzadılması olub. Hökumət administrasiyası bu məlumatı təkzib edərək aprelin 13-də prezidentə yazılı razılıq göndərdiklərini bildirib.
Martın 31-də Salome Zurabişvili Gürcüstan parlamentində çıxışı zamanı “Gürcü Arzusu”nu sərt tənqid edib və deyib ki, hakimiyyət “son illər atdığı anlaşılmaz addımlarla ölkənin xarici məqsədi və xalqın mandatı ilə zidd gedir”.