20 ay əvvəl, 2 oktyabr 2021-ci ildə 4 illik müddətə Gurcaani bələdiyyəsinin sədri seçilən Zurab Utiaşvili istefa verib. Utiaşvili “Facebook”da yayımladığı bəyanatda yazır ki, o, şəxsi ərizəsi əsasında vəzifəsini tərk edir və səhiyyə sahəsinə qayıdaraq “Gürcü Arzusu” komandası ilə işləməyə davam edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Növbədənkənar seçkilər keçirilənə qədər Qurcaaninin bələdiyyə sədrinin səlahiyyətlərini majoritar deputat Davit Sonğulaşvilinin etibarlı adamı olan mer müavini Leri Qelenava yerinə yetirəcək.
“Gürcüstan Xəbərləri” Zurab Utiaşvili ilə əlaqə saxlamağa çalışsa da, indiyədək telefon zənglərimizə və mesajlarımıza cavab verməyib.
“Şəxsi ərizəmə əsasən Qurcaaninin bələdiyyə sədri vəzifəsini tərk etməyim barədə sizi məlumatlandırmaq istəyirəm. 2021-ci il yerli hökumət seçkiləri zamanı göstərilən etimada görə komandama və şəxsən Baş nazirə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin, seçkilərdə göstərdikləri dəstəyə görə əhaliyə təşəkkür etmək istərdim ki, bunun əsasında mənə bu müddət ərzində çoxlu yaxşı işlər görmək imkanı verildi”, Zurab Utiaşvili Facebook-da yazır.
Onun qeyd etdiyi kimi, o, qürur duyur ki, bələdiyyə sədri olduğu müddətdə Qurcaaninin bələdiyyə nəqliyyatının təyinatı məsələsi həll olunub və bu, onun sözlərinə görə, seçkiqabağı vədlərdən biri olub.
“Qurcaanidə bələdiyyə nəqliyyatı onilliklər ərzində ləğv edilmiş vəziyyətdə idi. Hazırda icmal tender artıq yekunlaşıb və ilin sonunadək 10 ədəd “İsuzu” markalı 21 yerlik yeni avtobuslar qurcaanililərə xidmət göstərəcək. Həmçinin, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsü ilə həyata keçirilən “Yenilənmiş regionlar” layihəsini xüsusi qeyd etmək istərdim ki, bu layihə çərçivəsində Qurcaani şəhərinin Noneşvili küçəsi hər bir Qurcaani sakininin xüsusi təqdirinə layiq, müasir görkəm alıb.... bələdiyyə sədri olduğum müddətdə 25-dən çox uşaq meydançası və məşq sahəsi təşkil edilib. Elə buradaca sizi yeni layihə ilə tanış etmək istərdim - Qurcaani şəhərində 2024-cü ildə başa çatacaq çoxfunksiyalı idman zalının tikintisi. Çoxfunksiyalı güləş idman kompleksinə 150 tamaşaçı yeri olan tribuna daxildir və burada bütün səviyyələrdə idman turnirləri keçirmək mümkün olacaq”, - Utiaşvili qeyd edir.
Qurcaani bələdiyyəsində növbədənkənar bələdiyyə sədri seçkiləri oktyabrda keçirilməlidir. Seçki Məcəlləsinə əsasən, bələdiyyə sədrinin səlahiyyətlərinə yanvarın 15-dən iyunun 15-dək xitam verildikdə, növbədənkənar seçkilər həmin ilin oktyabrında, bələdiyyə sədrinin səlahiyyətlərinə iyunun 15-dən yanvarın 15-dək xitam verildikdə isə növbədənkənar seçkilər ən yaxın aprel ayında keçirilir.
2021-ci il oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərində Zurab Utiaşvili seçicilərin 60,5 %-ni, onun Vahid Milli Hərəkatdan olan rəqibi Sergi Kakalaşvili isə 34,4 %-ni toplayıb.
Zurab Utiaşvili 2015-2021-ci illərdə “Gürcü Arzusu” tərəfindən bələdiyyə sədrliyinə namizəd kimi irəli sürülməzdən əvvəl “Müqəddəs Mikayıl Arxangel adına Çoxprofilli Klinik Xəstəxana”nın direktoru olub. 2014-2015-ci illərdə Hökumət Aparatında Dövlət Təhlükəsizliyi və Böhran Vəziyyətləri İdarəetmə Şurasının baş məsləhətçisi, 2001-2014-cü illərdə isə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.