Sentyabrın 8-də baş vermiş təbii fəlakət nəticəsində Quriyada 105 ailə köçürülməyə məruz qalıb. Hökumətin iclasında baş nazir bildirib ki, Ozurqetinin 22, Lançxutinin 15 kəndində təbii fəlakətlər baş verib. Təbii fəlakət nəticəsində ikisi uşaq olmaqla 3 nəfər həlak olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İrakli Ğaribaşvilinin sözlərinə görə, geoloqlar 237 vətəndaşın həyətyanı sahələrini və yaşayış evlərini, 31 infrastruktur obyektini və 9 birikmə sahəsini yoxlayıblar.
“Bu ailələrə müraciət etmək istəyirəm ki, bizim tövsiyələrimizi nəzərə almaları mütləqdir. Onları müvəqqəti olaraq daha təhlükəsiz yerə köçürmək lazımdır. Ona görə də ailələrə müraciət edirəm ki, yerli hakimiyyət orqanlarının və müvafiq xidmətlərin tövsiyələrinə əməl etsinlər. Onu da deyim ki, 110 vətəndaş bələdiyyə tərəfindən mehmanxanalarda yerləşdirilib”, - deyə baş nazir bildirib.
Hazırda Ozurqeti və Lançxuti bələdiyyələrində 11 yerdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hökumətin iclasında bildirilib ki, Lançxuti və Ozurqeti bələdiyyələrinin əhalisi içməli su ilə tam təmin olunacaq. Elektrik enerjisinə gəlincə, cəmi 250 abonent qalıb ki, onlardan da günün sonuna kimi 200 abonent bərpa olunacaq.
İrakli Ğaribaşvilinin sözlərinə görə, dövlət zərər çəkmiş vətəndaşlara maksimum yardım göstərəcək.
Mövcud qanunvericiliyə əsasən, geoloji proseslər nəticəsində, məsələn, sürüşmə, uçqun təhlükəsi, qayaların uçması, palçıq axını, çayların sahillərinin yuyulması və s. nəticəsində ailə köçürülməyə məruz qaldıqda, zərər çəkmiş ailələrə yaşayış evlərini Məcburi Köçkünlər, Eko-Miqrantlar və Dolanışıq Təminat Agentliyi satın alacaq. Bu məsələ Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər və Qaçqınlar nazirinin 13 noyabr 2013-cü il tarixli 779 nömrəli əmri ilə tənzimlənir. Sərəncama əsasən, ekomiqrant ailələrin köçürülməsi ilə bağlı qərarı xüsusi komissiya qəbul edir. Qərar müsbət olarsa, ailəyə alınacaq evi seçmək və məlumatı agentliyə təqdim etmək üçün bir ay müddət verilir. Agentlik evə maksimum 30 min lari ödəyir. Qalan məbləği alıcı özü ödəməlidir.