Etirazlardan yan keçmək üçün “Gürcü Arzusu” iyun ayında Gürcüstan millisinin Avropa çempionatında çıxışı zamanı Rusiyanın xarici agentlərlə bağlı qanununu qəbul etməyə çalışacaq. Bu barədə bu gün “Axali” partiyasının lideri Nika Qvaramiya bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qanun, sürətləndirilmiş qaydada, sadəcə, iyun ayında qəbul edilməsi planlaşdırıldığı üçün yox, Avropa çempionatı ərəfəsinə təsadüf etməsi üçün qəbul edilməyəcək ki, həmin vaxt etirazlar olmasın, insanların etiraz etməyə vaxtı olmasın. Əminəm ki, biz milli komandanı Avropa ailəsində dəstəkləyə biləcəyik, eyni zamanda öz ölkəmizdə, hətta küçədə və bacardığımız hər yerdə konstitusion ifadə formaları ilə də Avropa perspektivimizi qoruya biləcəyik”, - Qvaramiya bildirib.
O, cəmiyyəti və Qərbli tərəfdaşları “Gürcü Arzusu” nümayəndələrinin sözlərinə inanmamağa çağırıb.
Hakim partiya 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq.
Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib.
İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər.