Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvilinin sözlərinə görə, hökumət Raçada xüsusi qorunma statusuna malik ərazi yaratmağı planlaşdırır ki, bura Raça meşələri və kəndlərin ətraf əraziləri də daxildir. Onun sözlərinə görə, belə statuslu qoruq ərazisinin yaradılması Raça meşələri ilə bağlı artıq verilmiş lisenziyaya uyğun gəlmir və Nazirlik onun ləğvi üçün müvafiq tədbirlər görür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nino Tandilaşvilinin mətbuata verdiyi məlumata görə, yeni qorunan ərazinin idarə olunmasına bələdiyyə cavabdeh olacaq və yerli əhali bu prosesdə fəal iştirak edəcək.
“Cəmiyyətdə Raçadaki ov lisenziyası ilə bağlı nə baş verdiyi barədə suallar var. Bu lisenziya konkret şərtlərlə təxminən bir il əvvəl verilib. Bu ərazilər heç kimin mülkiyyətinə verilməyib. Bu ərazilər hələ də dövlət mülkiyyətidir. May ayında lisenziya sahibinin lisenziya şərtlərini və öhdəliklərini yerinə yetirmədiyini gördük. Dövlət, mövcud halda Ekoloji Nəzarət Departamenti qanunvericiliyə uyğun olaraq bütün tədbirləri görüb və cərimələmə prosesinə başlayıb.
Qanunvericiliyimizdə konkret tələblər müəyyən edilir ki, bu halda lisenziyanın qüvvədə olma müddətinə xitam verilə bilər və onun müəyyən mərhələlərdən keçməsi lazımdır. Dövlət qanunvericiliyə uyğun fəaliyyət göstərir və biz qanunun tələblərinə məhəl qoymayaraq, öz istəyimizlə heç bir investorun heç bir lisenziyasına və ya icazəsinə xitam verə bilmərik. Bu proses davam edir.
Xüsusi ərazi statusunun verilməsi isə öz növbəsində lisenziyanın qüvvədə olma müddətinə yenidən baxılmasına səbəb olacaq. Biz xüsusi qorunan zona statusunun yaradılmasından danışırıqsa, bu, bu növ fəaliyyət ilə uzlaşa bilməz”, - deyə Tandilaşvili bildirib.
Nazir müavininin izahatına görə, hökumət yaz sessiyasında yeni qorunan ərazinin yaradılması ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcək və o vaxta qədər yerli hökumət və əhali ilə fəal şəkildə işləyəcək.
“Biz elə statuslu qorunan ərazi yaratmaq istəyirik ki, bu, orada yaşayan insanların təbii resuslardan istifadə edərək ənənəvi fəaliyyətlərini həyata keçirmələrinə mane olmasın və əlavə olaraq regionda ekoturizmin inkişafına dəstək olsun ki, bu da dövlət üçün çox vacibdir”.
Bu, qrant komponenti ilə konkret sosial-iqtisadi dəstək layihələri ilə yerli əhaliyə kömək etməkdə maraqlı olan beynəlxalq təşkilatların olduğu Raça bölgəsini daha da canlandıracaq.
Və təbii ki, dövlətin də iştirakı vacib olacaq”, - deyə Tandilaşvili bildirib. O, həmçinin “Nazirliyin yerli hökumətlə birgə başlatdığı bütün prosesi heç kim öz səyi kimi qələmə verməyə cəhd etməməsinə” diqqət çəkib.
Gürcüstan hökuməti Raça və Kvemo Svanetidəki 104 712 hektar meşə sahəsini 49 il müddətinə “HG Capra Kaukasika” MMC-yə 23 mart 2020-ci il tarixində verib. Hökumətin gizli saxladığı bu qərarı “Dağ Xəbərləri” işıqlandırıb. Nəşr qanunla ictimai sənədləri əldə etmək üçün hüquqi prosedurlara başlamalı olub. “Dağ Xəbərləri” araşdırıb ki, sözügedən şirkət sanksiyaya məruz qalan rusiyalı oliqarx Vladimir Evtuşenkovun şəriki Davit Xidaşeliyə məxsusdur. Xidaşeliyə verilən meşələr Gürcüstan-Rusiya sərhədi və artıq Rusiya tərəfindən işğal olunmuş Tsxinvali rayonu ilə həmsərhəddir.
2022-ci ilin iyulunda Raça İcma Təşkilatı və “Yaşıl Alternativ” Raça və Kvemo Svaneti meşələrinin yarım əsrlik müddətə Xidaşeliyə verilməsi qərarından Tbilisi Şəhər Məhkəməsinə şikayət edib və onun ləğvini tələb edib. Məhkəmə iddianı qəbul edib, lakin işə hələ də baxılmayıb.
2023-cü il iyulun 17-də “Dağ Xəbərləri” nəşri “Jurnalist Araşdırması – Raça Meşələrinin İşğalı” nı dərc edib ki, orada çoxsaylı qanun pozuntuları, meşələrin Xidaşeliyə verilməsi üçün sənədlərin saxtalaşdırılması, təhlükəsizliklə bağlı problemlər aşkarlanıb.
İyulun 24-də “Yaşıl Alternativ” və “Mülki Fəaliyyətlər Mərkəzi” Baş Prokurorluğa müraciət edib. Qeyri-hökumət təşkilatları Oni bələdiyyəsinin keçmiş meri Emzar Sabanadze və onun birinci müavini Dimitri Sakvarelidzeyə qarşı mümkün xidmət fırıldaqçılığı və rüşvət faktlarının araşdırılmasına başlanılmasını tələb ediblər.
İyulun 26-da Gürcüstan parlamentinin üzvləri Tamar Kordzaia, Teona Akubardia və Xatuna Samnidze mətbuat konfransı keçirərək, prokurorluqdan qanun pozuntularının araşdırılmasını tələb ediblər. Onlar Raça meşələrinin təfərrüatları ilə yerindəcə tanış olub, kənd sakinləri ilə görüşüblər.
Qeyri-hökumət təşkilatı “Mülki Fəaliyyətlər Mərkəzi” rayonun Utsera kəndində yaşayan 30-a yaxın ailənin maraqlarını qoruyur, onlar meşələr Xidaşeliyə verildikdən sonra şəxsi mülkiyyət kimi qeydiyyata alınmış dədə-baba torpaqları girov götürülüb və barələrində cinayət işi açılıb.
Bir neçə həftədir ki, “Rioni Vadisinin Xilası Uğrunda” hərəkatıd və Raçanın sərhədyanı kəndlərinin sakinləri Onidə davamlı etiraz aksiyaları keçirirlər. Onlar çadırlarını Oni meriyasının binası yaxınlığında qurublar.