“Təəssüf ki, gördüyümüz kimi radikalizm radikalizmi doğurur. Təbii ki, bu cür davranış, kim tərəfindən olursa olsun, qəbuledilməzdir”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiyayönümlü və zorakı “Alt-info/Mühafizəkarlar Hərəkatı” partiyası üzvləri tərəfindən parlament binasının önündəki Aİ bayrağının sökülməsini və yandırılmasını belə şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Papuaşvilinin sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən müvafiq cavab verilib və aidiyyəti şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Jurnalistin sələfi Kaxa Kuçavanın 2021-ci ilin iyulunda etdiyi kimi, Aİ bayrağını özünün ucaltmaq istəyib-istəmədiyi sualına cavab olaraq Şalva Papuaşvili bildirib:
“Bununla bağlı bir neçə deputatın açıqlamasını gördüm. Bayraq müvafiq ehtiramla öz yerinə qaytarılacaq. İndi bizi fərqli simvolizmə çağıran şüarsevər deputatlara gəlincə, bilmirəm, bunun qeyri-ciddi yanaşma olduğunu düşünürəm. Parlament binasının şüşələri sındırılanda, bax, Avropanı o zaman düşünməli idilər. Avropadan danışırlarsa, gərək Avropa bayrağı qəlblərində dalğalansın, davranışları avropalı olsun”.
Bu gün, martın 14-də “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı”nın üzvləri və tərəfdarları parlament binası önündə aksiya keçirərək, növbəti dəfə Aİ bayrağını sökərək yandırıblar. Rusiyayönümlü partiyanın liderlərindən biri Şota Martinenkonun dediyi kimi, onların tələbləri hökumətin 2021-ci il iyulun 5-də baş vermiş zorakılıq hadisələri ilə bağlı həbs edilmiş mübarizə yoldaşlarını həbsdən azad etmələri, 7-8 mart etirazları zamanı “çevrilişi təşkil edənlərin” hamısının cəzalandırılması və “xarici agentlər” qanunun qəbulu ilə bağlı referendumun keçirilməsidir. Martinenkonun sözlərinə görə, onlar bu tələbləri “sona qədər aparacaqlar”.
“Alt-İnfo” üzvləri 2021-ci ilin 6 iyul tarixində d parlamentin önündə ucaldılmış Avropa İttifaqının bayrağını söküb yandırıblar, bundan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib və bu gün ictimai qurumlar tərəfindən ucaldılan/nümayiş etdirilən Avropa Birliyi, NATO və ya başqa bir beynəlxalq təşkilat bayrağının və ya gerbinin təhqir olunması, fiziki şəxs üçün 1000 lari cəriməni nəzərdə tutur. Qanunun təkrar pozulması 2000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır.
Artıq Aİ bayrağı parlament binasının qarşısına geri qaytarılıb və polis tərəfindən ucaldılıb.