Rahibəni qrup halında zorlamaqda təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Xaşuri Rayon Məhkəməsi Çxramuxa Analar Monastrında 70 yaşlı rahibəni qrup şəklində təcavüz və qarət etməkdə təqsirləndirilən iki nəfəri 20 il müddətinə azadlıqdan məhrum edib. Hökmü hakim Mövlud Xataşvili elan edib.

İş materiallarına görə, 2022-ci il noyabrın 25-də Çxramuxa kəndində yerləşən kilsənin yaşayış kamerasında iki nəfər rahibəyə hücum edib. Onlar rahibəyə fiziki təzyiq göstərib və zorakılıqla qrup şəklində təcavüz ediblər. Bundan sonra hücum edənlər kilsədən ianə qutularını oğurlayaraq gizləniblər.

Noyabrın 26-da polis 1995-ci il təvəllüdlü L.T. və 1983-cü il təvəllüdlü V.Q.-ni həbs edib. Prokurorluq onları Cinayət Məcəlləsinin 137-ci (zorlama, qrup halında, zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla törədildikdə) və 179-cu (quldurluq, qrup halında, qanunsuz olaraq yaşayış kamerasına daxil olma) maddələri ilə təqsirləndirib ki, bu da cəza forması olaraq 15 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.

Təqsirləndirilən şəxslərin hər ikisi əvvəllər də məhkum olunub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur