Rusiya prezidenti Vladimir Putin Türkiyədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. Tərəflərin Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəldiyi barədə məlumat Türkiyə prezidentinin administrasiyası yayıb. İki ölkə prezidentləri arasında telefon danışığı bu gün baş tutub. Hazırda Putinin səfərinin tarixi məlum deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Türkiyə Qara Dəniz dənli bitki sazişinin bərpası üçün intensiv səylərini və diplomatiyasını davam etdirəcək”, - Rusiya prezidenti ilə danışaıq zamanı Rəcəb Tayyib Ərdoğan deyib. O, “Dənli Bitki Sazişi”nin əhəmiyyətini vurğulayaraq, onu sülhə körpü adlandırıb. Ərdoğanın dediyi kimi, “Dənli Bitki Sazişi”nin uzun müddət dayandırılması heç kimə fayda verməyəcək və ən çox dünya üzərindəki kasıb ölkələrə zərər verəcək.
Telefon danışığı ilə bağlı Kreml də məlumat yayıb. Rusiya tərəfinin bəyanatında Rusiya ilə Türkiyə arasında dialoqun çoxşaxəli olduğu və əməkdaşlığının davam etdiyi bildirilir. Rusiya tərəfinin məlumatına görə, müxtəlif səviyyələrdə, o cümlədən iki lider arasında mümkün görüşün hazırlanması kontekstində təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
“Vladimir Putin Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair sazişin ləğvi və Rusiya ərzaq və gübrələrinin tədarükünün qarşısının alınması ilə bağlı Rusiyanın prinsipial mövqeyini bəyan edib. Qeyd edilib ki, “Dənli Bitki Sazişi”nin Rusiya hissəsinin həyata keçirilməsində tam irəliləyiş olmaması şərtlərində onun sonrakı davamı öz mənasını itirib”, - Kremlin dərc etdiyi bəyanatda deyilir. Eyni zamanda, Rusiya tərəfi Qərbin Rusiya qarşısında bütün öhdəliklərini yerinə yetirdiyi halda sazişə qayıtmağa hazır olduğunu bildirir.
Bir il əvvəl, iyulun 17-də Rusiya Ukrayna, Rusiya, BMT və Türkiyənin imzaladığı “Dənli Bitki Sazişi”nin şərtlərini yerinə yetirməkdən imtina etdi. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfildin sözlərinə görə, razılaşmaya qayıtmaq üçün Rusiya istehsal etdiyi gübrəni dünya bazarına çıxarmaq, Rusiya gəmilərinin beynəlxalq limanlara girişinə məhdudiyyətləri aradan qaldırmaq və kənd təsərrüfatı maşınlarının idxalına imkan yaradılmasını istəyir. “Reuters” in məlumatına görə, Putin bu şərtləri yerinə yetirməklə yanaşı, “Rusiya Kənd Təsərrüfatı Bankı”nın (“Rosselxozbank”) beynəlxalq vergi sistemi SWIFT-ə qaytarılmasını tələb edir.
2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada hərbi cinayətlərdə ittiham olunan Vladimir Putinin xaricə səfər edəcəyi təqdirdə həbs oluna biləcəyini nəzərdə tutan həbs orderi verdi. Lakin Türkiyə məhkəmənin təsis müqaviləsi - Roma Əsasnaməsi tərəfi olmadığı üçün Rusiya prezidenti Türkiyəyə səfəri zamanı bu risklə üzləşməyəcək.