Gürcü dokumentalist  Salome Caşi “Kino və Media İncəsənəti” kateqoriyasında Berlin İncəsənət Akademiyasının mükafatını (Berlin Art Prize) qazanıb. Mükafat hər il Berlin Senatı adından verilir.

Mükafatlandırma mərasimi bu il martın 18-də Berlində keçiriləcək. Mükafat Salome Caşi və digər beş kateqoriya qaliblərinə Berlin Senatının Mədəniyyət Departamentinin katibi Sara Vedl-Vilson və İncəsənət Akademiyasının prezidenti Janin Merapfel tərəfindən təqdim olunacaq.

Salome Caşinin 2021-ci ildə işıq üzü görən və nəhəng ağacların Bidzina İvanişvili dendroloji parkına köçürülməsindən bəhs edən “Əhilləşdirmə” sənədli filmi dəfələrlə Gürcüstan hakimiyyətinin tənqid obyektinə çevrilib. 2023-cü ildə “Gürcü Arzusu”nun o zamankı sədri və ölkənin indiki baş naziri İrakli Kobaxidze bu filmi “biabırçı” adlandırıb və onu maliyyələşdirməsinə görə Milli Kinematoqrafiya Mərkəzini tənqid edib. Bundan əvvəl, 2022-ci ilin aprelində Gürcüstan Kino Akademiyasının qərarı ilə Tbilisidə “Əhliləşdirilmə” filminin nümayişləri ləğv edilmişdi. Rejissorun sözlərinə görə, buna səbəb filmin məzmunu olub.

Salome Caşi, həmçinin “Qızdırmadan sonra” (2023), “Qürb Çağının Cəlbediciliyi” (2016), “Baxmaro” (2011), “Lider Həmişə Haqlıdır” (2010) və “Susdurulmuşlar” (2009) sənədli filmlərinin rejissoru olub. Gürcüstan Sənədli Kinoları Assosiasiyası “Doka”nın sədri və Gürcüstan Kino İnstitutunun Kinematoqrafçılar Şurasının üzvüdür.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur