Batumi Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edib və əməkdaşı döyməkdə təqsirli bilinərək saxlanılan “Retro” restoranının sahibi Teymuraz Varşanidze barədə girov qarşılğında azadlığa buraxılması qətimkan tədbiri seçilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Varşanidze 5 min lari ödədikdən sonra sərbəst buraxılacaq. İşə baxılma başa çatana qədər onun zərər çəkmiş şəxslə ünsiyyət qurması və ona yaxınlaşması qadağandır.
“Mən ictimaiyyətdən üzr istəmək istəyirəm. Videoya baxdım və baş verənləri anlayıram. Özümü günahkar hiss edirəm. Əlimdə böyümüş uşaqlardırlar və maksimum şəkildə təhsillərinə imkan yaratmağa çalışıram. Öz uşaqlarım kimi görürəm. Adıçəkilən şəxsi əsəbilik zəmininindində çölə çıxarmağa çalışdım, ona heç bir fiziki təzyiq göstərmədim. Görüntülərdə gördüyüm ton ailəm üçün qəbuledilməzdir”, - Acara TV müttəhimdən sitat gətirib.
Teymuraz Varşanidze iyunun 4-də saxlanılıb. Bu, sosial şəbəkələrdə onun ofisiantla kobud rəftarı ilə bağlı gizli çəkilmiş videonun yayılmasından sonra baş verib.
Prokurorluğun məlumatına görə, Varşanidze qarşılıqlı mübahisə zəminində əməkdaşlardan birinə qarşı zorakılıq tətbiq edib və onu sağlamlığına zərər vurmaqla hədələyib. O, zorakılıqla hədələmə və sağlamlığına zərər vurmaqda ittiham olunub. Məhkəmə tərəfindən təqsirli bilinməsi halında, restoran sahibini bir ilə qədər həbs gözləyir.
“Retro”nu 15 əməkdaş tərk edib. Onlarla Varşanidze arasında münaqişənin səbəblərindən biri də restoranda Rusiya vətəndaşlarının işə götürülməsidir. Keçmiş işçi Maria Zoidzenin sözlərinə görə, restoran rəhbərliyi rusları “üstün kimi təqdim edib” və digər işçiləri aşağılayıb.
Teymuraz Varşanidzenin saxlanılmasından sonra Əmək Müfəttişliyi Xidməti “Retro” MMC və “Restro 2” MMC-yə daxil olub. Agentlik Tbilisi və Batumidə üç obyektə baxış keçirib və təhlükəsizlik normalarını pozduğuna və iş şəraitinə uyğun gəlmədiyinə görə şirkəti 30 min lari məbləğində cərimələyib. Əmək Müfəttişliyindən verilən məlumata görə, “Retro”ya həm iş vaxtından artıq iş vaxtı, həm də ödənişli məzuniyyət şəklində əmək haqqının işçilərə tam ödənilməsi tapşırılıb.