Beynəlxalq əhəmiyyət kəsb edən Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometrliyində, Rikoti aşırımında xüsusi rejimlə avtomobillərin hərəkəti bərpa edilib. Sözügedən hissə təhlükəli sürüşmə proseslərinin inkişafı ilə əlaqədar olaraq martın 30-dan bu yana bağı idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, yolun yaxınlığında əmələ gələn sürüşmə prosesinin tədqiqinin ilkin nəticələrinə əsasən sürüşmə sahəsində hələ də ciddi monitorinqlərin davam etdirilməsi tövsiyə olunur, bu gün, aprelin 8-i saat 07:00-dan etibarən avtomobillərin hərəkətinə aşağıdakı rejimdə icazə verilir:
- Saat 07:00-dan 19:00-dək Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 114-cü km-dən (Axalsofeli qovşağı) 194-cü km-ə (Zestafoni) qədər yalnız yüngül və sərnişin avtomobillərinin hərəkətinə icazə veriləcək;
- Saat 21:00-dan səhər 6:00-dək eyni hissədə yalnız yük maşınları hərəkət edəcək. Yük maşınları patrulun ciddi nəzarəti altında fasilələrlə, dayanmadan və əks istiqamətdə, yəni birtərəfli qaydada istiqamət dəyişdirməklə hərəkət edəcək.
- Rikoti tuneli- Xevi kəndi hissəsində istənilən növ avtonəqliyyat vasitələrinin hərəkəti fasiləsiz keçid rejimində həyata keçiriləcək.
Yüngül və sərnişin avtomobilləri 109 kilometrlik Qomi-Saçxere-Çiatura-Zestafoni marşrutundan istənilən vaxt istifadə edə bilər.
“Sürüşmə sahəsində tədqiqat işləri davam edir. Müvafiq layihə həllərinin işlənib hazırlanması prosesinə başlanılıb. Profilaktik işlərə başlamaq üçün giriş-çıxış yolları təşkil edilir”, - deyə Yol İdarəsindən bildirilib.
Gürcüstanda hava şəraitinin pisləşəcəyi gözlənilir. Milli Ekologiya Agentliyinin məlumatına görə, bu gün bütöv Gürcüstan ərazisində, yağış yağacağı, gecə, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gün ərzində güclü qərb küləyi əsəcəyi gözlənilir. Agentlik əhaliyə xəbərdarlıq edir ki, gözlənilən yağışlar çaylarda sululuğun xeyli artmasına, ölkənin dağlıq ərazilərində sürüşmə proseslərinin başlanmasına və aktivləşməsinə səbəb ola bilər.