Rikotidə yolun 27 km-lik hissəsi istifadəyə verilib - səyahət vaxtı 25 dəqiqə azalır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rikoti sürət magistralının 27 km-lik hissəsində avtomobil yolu istifadəyə verilib. Əsas yolun yeni, dörd zolaqlı hissəsi Xaraqauli bələdiyyəsinin Xevi kəndi yaxınlığından başlayır və Zestafoni bələdiyyəsinin Şorapani qəsəbəsi yaxınlığında bitir. Xevi-Şorapani hissəsinə 65 körpü və 38 tunel daxildir. Yeni hissə Rikotiyə gediş məsafəsini 8 kilometr, səyahət müddətini isə 25 dəqiqə azaldır.

Gürcüstandaki ən uzun körpü Xevi-Şorapani hissəsindədir - onun uzunluğu 1362 metrdir. Eyni hissədəki ən uzun tunelin uzunluğu isə 1640 metrdir.

Baş nazir İrakli Ğaribaşvilinin sözlərinə görə, Rikotinin əsas magistral yolu ümumilikdə 52 km olacaq, 97 körpü və 51 tunelin tikintisi davam etdirilir.

“Bu günə olan məlumata görə, artıq 48 tunel kəsilib, 83 körpü tikilib. Bu, ən irimiqyaslı layihədir. Həll baxımından bu qədər irimiqyaslı və mürəkkəb layihə ölkəmiz reallığında həyata keçirilməyib. Qalan hissələr üzrə işlər fəal şəkildə davam edir və hökumətin planına əsasən, Rikoti hissəsi 2024-cü ilin sonuna qədər tamamilə istifadəyə veriləcək", - baş nazir bildirib.

Rikoti yolunun tikintisi Avropa İnvestisiya Bankı (AİB), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə davam edir. Tikinti işlərinin ümumi dəyəri 2,6 milyard lariyə qədərdir.

Layihə çərçivəsində xüsusi məkanlar, ticarət sahələri adlanan yerlər düzəldiləcək ki, burada əhali məhsullarını lazımi infrastruktur və yol təhlükəsizliyi şəraitində sata biləcək.

Hökumət administrasiyasının məlumatına görə, Rikoti magistral yolunun layihəsində Amerika, İtaliya, Türkiyə və Gürcüstanın tanınmış şirkətləri işləyib; Tikinti işlərini açıq tenderdə qalib gələn 4 müxtəlif Çin şirkəti, işlərə nəzarəti isə Fransa, Türkiyə, Avstraliya və Koreyadan olan beynəlxalq şirkətlər həyata keçirir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur