Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin prezidenti seçilib

Roberta Metsola yenidən Avropa Parlamentinin prezidenti seçilib. Bugünkü səsvermədə Metsola yeni seçilmiş deputatların 562, rəqibi İrene Montero isə 61 səsini toplayıb. Səsvermədə 720 deputatdan ibarət parlamentin 623 deputatı iştirak edib.

Roberta Metsola qarşıdakı iki il yarım ərzində Avropa Parlamentinin prezidenti vəzifəsini icra edəcək.

“Dəstəyinizlə insanları bir araya gətirmək üçün yorulmadan işləməyə davam edəcəyəm. Bu, rəhbərlikdən və dəyişiklikdən qorxmamalı bir ev olmalıdır. Bu, güclü ittifaqda güclü parlament olmalıdır. Biz parlament üzvü kimi rolumuzun azaldılmasını qəbul etməməliyik”, - Metsola səsvermədən əvvəl bildirib.

2013-cü ildə ilk dəfə Avropa Parlamentinə seçilən 45 yaşlı maltalı siyasətçi Roberta Metsola Avropa Parlamentinin aparıcı siyasi qrupu olan “Avropa Xalq Partiyası”nın üzvüdür. 2022-ci ilin yanvarında o, son 20 il ərzində Avropa Parlamentinin rəhbəri vəzifəsini tutan ilk qadın olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur