Rusiyanın “Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın “Red Wings” aviaşirkətinə Gürcüstan istiqamətində əlavə uçuşlar həyata keçirməyə icazə verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rosaviasiya”nın qərarına əsasən, aviaşirkət aşağıdakı istiqamətlərə müntəzəm beynəlxalq hava daşımaları üçün icazə alıb:
- İrkutsk - Tbilisi
- Novosibirsk - Tbilisi
- Qroznı - Tbilisi
- Novosibirsk - Batumi
- Qroznı - Batumi
- Novosibirsk - Kutaisi
Hər bir istiqamətə verilən icazə həftədə yeddi reysin yerinə yetirilməsi imkanını nəzərdə tutur.
Tbilisi, Batumi və Kutaisi beynəlxalq hava limanları istiqamətində uçuşlar həyata keçirmək üçün Rusiya aviaşirkəti Gürcüstanın Mülki Aviasiya Agentliyinin icazəsini almalıdır.
Hazırda “Red Wings” Tbilisiyə Sankt-Peterburq, Samara, Kazan və Yekaterinburqdan uçur, Moskvadan isə Batumi və Kutaisi istiqamətində uçuşlar həyata keçirir. Aviaşirkət Kutaisi-Peterburq marşrutu üzrə də fəaliyyət göstərir.
“Red Wings” 2023-cü ildə Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa edildikdən sonra Mülki Aviasiya Agentliyi tərəfindən Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva hava marşrutları üzrə uçuşlara icazə verilən ilk Rusiya aviaşirkətlərindən biridir.