Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiya və Gürcüstan şəhərləri arasında həftədə 284 uçuşun həyata keçirilməsinə icazə verib. Bu barədə Agentlik rəhbərinin əmri agentliyin rəsmi saytında dərc olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yeni uçuşlar həyata keçirmək üçün Rusiya aviaşirkətləri Gürcüstanın Mülki Aviasiya Agentliyinə müraciət etməli və icazə almalıdırlar.
“Exo Kavkaza” nəşrinin məlumatına görə, “Rosaviasiya” icazələrin əksəriyyətini aşağıdakı istiqamətlərə uçmaq istəyən “Red Wings” aviaşirkətinə verib:
- Vladiqafqazdan Batumi və Tbilisi istiqamətində (həftədə 7-7 reys)
- Yekaterinburqdan Batumi və Kutaisi istiqamətində(həftədə 7-7 reys)
- Jukovskidən Batumi, Kutaisi və Tbilisi istiqamətində(həftədə 7-7 reys)
- Kazandan Batumi və Kutaisi istiqamətində(həftədə 7-7 reys)
- Krasnodardan Tbilisi (həftədə reyslərin tezliyi 3-dən 7-yə yüksəldi), Batumi və Kutaisi istiqamətində (həftədə 7-7 reys)
- Maxaçqaladan Batumi, Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 reys)
- Mineralnıye Voddan Batumi və Tbilisi istiqamətində (həftədə 7-7 reys)
- Moskvadan Batumi və Kutaisi istiqamətində (həftəlik reyslərin tezliyi 3-dən 7-yə yüksəldi)
- Nijni Novqoroddan Batumi, Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 reys)
- Permdən Batumi, Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 reys)
- Rostov-Dondan Batumi, Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 reys)
- Samaradan Batumi və Kutaisi istiqamətində (həftədə 7-7 reys)
- Soçidən Tbilisi (həftədə uçuşların tezliyi 3-dən 7-yə, Batumi və Kutaisi istiqamətində (həftədə 7-7 uçuş)
- Tümendən Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 uçuş)
- Ufadan Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 uçuş)
- Çelyabinskdən Batumi, Kutaisi və Tbilisi istiqamətində (həftədə 7-7 uçuş)
Gürcüstan istiqamətində uçuşlara “Rosia” (Soçi-Tbilisi istiqamətində həftədə 7 dəfə) və “Yamal” (Tümen-Tbilisi və Tümen-Batumi istiqamətində həftədə bir dəfə) aviaşirkətlərinin başlayacağı ehtimal olunur.
“Exo Kavkaza” qeyd edir ki, Krasnodar və Rostov-Don hava limanları Ukraynada Rusiya tərəfindən müharibə başladıqdan buyana bağlıdır. Buna görə də, mövcud məhdudiyyətlər aradan qaldırılmayana qədər aviaşirkətlər uçuşlara başlaya bilməyəcək.
Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar may ayında bərpa edilib. Hal-hazırda Rusiyanın “Azimut” (Moskva-Tbilisi-Moskva) və Gürcüstanın “Georgian Airways” (Tbilisi-Moskva-Tbilisi) aviaşirkətləri gündəlik uçuşlar həyata keçirirlər. Yaxın günlərdə? “Red Wings” Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva marşrutları üzrə uçuşlara başlayacaq.