“Georgian Airways” Moskvadan gətirilən Rusiya vətəndaşlarını Tbilisi beynəlxalq hava limanına tranzit reysi ilə Avropa şəhərlərinə aparacaq. Bu barədə Rusiyanın RTVI media agentliyinə Gürcüstan aviaşirkətinin prezidenti Tamaz Qayaşvili məlumat verib. Tranzit uçuşlar Milan, Paris, Vyana, Larnaka və Salonikiyə nəzərdə tutulur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İyunun 15-dən başlayacağıq. Baxacağıq necə olacaq, amma düşünürük ki, bu marşrutlara kifayət qədər tələbat olacaq. Digər istiqamətlərə nisbətən Tbilisi vasitəsilə olan uçuşlar daha rahat və sürətli olacaq.
Təbii ki, biz Rusiya ilə hava nəqliyyatını davam etdirəcəyik. Heç nə olmayacaq. Gürcüstan hökuməti bu qərarı çox səmimi qarşıladı. Tanrı elləsin ki, heç vaxt dayanmasın”, - deyir Qayaşvili.
“Georgian Airways” prezidentinin deyir ki, Tbilisi-Moskva-Tbilisi reysinə tələbat hələ o qədər də artmır: “Düşünürəm ki, insanların belə bir şeyin olduğunu bilməsi üçün reklam, vaxt lazımdır. Sonra da, məncə, sərnişinlər gələcək. Axın get-gedə artacaq, çünki indi bilirlər ki, birbaşa reyslər bərpa olunub, hamı yavaş-yavaş birbaşa uçuşlara keçir”.
“Georgian Airways” mayın 20-dən Moskvaya uçuşlara başlayıb və həftədə yeddi uçuş həyata keçirir. Bu qərara görə Gürcüstan Prezidenti Salome Zurabişvili şirkəti boykot edib, o hesab edir ki, şirkət varlanmaq üçün yaradılmış reallıqdan istifadə edir. Cavabında Tamaz Qayaşvili Zurabişvilini “persona non qrata” elan edib və gürcü xalqından üzr istəməyincə onu təyyarəyə buraxmayacağını bildirib.
Rusiyanın "Azimut" aviaşirkəti də Moskva-Tbilisi-Moskva reysi ilə uçuşlar həyata keçirir, iyun ayından isə Rusiyanın daha bir aviaşirkəti - “Red Wings” Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva marşrutları üzrə uçuşlar həyata keçirəcək.
Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin 2019-cu il iyunun 21-də Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların qadağan edilməsi ilə bağlı qərarını ləğv edib. Putinin fərmanına əsasən, Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi ləğv edilib. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ilin avqust müharibəsindən bəri kəsilib.
Gürcüstan hökuməti Putinin qərarlarını müsbət qiymətləndirib. Baş Nazir İrakli Ğaribaşvili deyir ki, Rusiyaya birbaşa uçuşlar “adi bir haldır”.
Ukraynadakı müharibə ilə əlaqədar Avropa İttifaqı, ABŞ və bir sıra ölkələr Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq ediblər - onlar həm Rusiyadan, həm də Rusiyaya uçuşları qadağan ediblər. Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu sanksiyalara qoşulmağa çağırıb.
Bundan əlavə, ABŞ hökuməti hesab edir ki, bu gün Qərb cəmiyyətinin bütövlükdə Rusiya rejimindən uzaqlaşdığı bir vaxtda heç bir ölkənin onunla əlaqəsini artırmaq vaxtı deyil. Dövlət Departamentinin bəyanatına görə, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərdikləri təqdirdə sanksiyalar riski ilə üzləşə bilərlər.